Icma.az
close
up
RU
Ermənistan bölgədə vəziyyəti necə gərginləşdirir?

Ermənistan bölgədə vəziyyəti necə gərginləşdirir?

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Ermənistan mediasının məlumatına görə, Fransa Zəngəzurda konsulluq açmağa hazırlaşır. İyunun 2-də Gorusda Fransa-Ermənistan konfransı baş tutacaq. Elə konsulluğun açılışı da o tarixdə olacaq. Fransız dilli QHT sədrlərindən olan Karmen Apunts da konsul təyin olunacaq. Fransanın buradakı yeni mərkəzə Qərb üçün hərbi və kəşfiyyat məqsədlərinə xidmət edəcək. Fransanın məhz həmən ərazidə konsulluq açması əsasən 3 səbəbə görədir. İlk növbədə bu rəsmi Parisin reallaşmasını istəmədiyi Zəngəzur dəhlizi prossesinə mane olmaq üçün atılmış addımdır. Sünik vilayəti Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasının ortasında yerləşir. Zəngəzur dəhlizi layihəsinin əsas mərkəzi məhz buradır. Bu baxımdan Sünik vilayəti təkcə Ermənistan üçün yox, həm də Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Ancaq məsələ Zəngəzur dəhlizinin açılmasına mane ola bilməz. Həmən ərazidə hansı ölkənin diplomatik nümayəndəliyinin yerləşməsindən asılı olmayaraq Ermənistan üzərinə götürdüyü öhdəliyə riayyət etməlidir. Rəsmi Parisin bu yolla prosesə mane olmaq gücü yoxdur. İkinci önəmli məsələ isə Fransanın bununla Rusiyaya qarşı əzələ nümayişidir. Rəsmi Moskva 2023 - cü ildə Sünik vilayətində konsulluq açmaq istəsə də Ermənistan rəhbərliyi buna icazə verməmişdi. Ancaq Fransaya dərhal yaşıl işıq yandırdı. Açılacaq Fransa konsulluğu həmçinin Rusiyanın planın pozulması deməkdir. Artıq Moskvadan məsələ ilə bağlı mövqe gəlib. Rusiya Müdafiə naziri Andrey Belousov bildirib ki, Ermənistanın Sünik vilayəti ətrafında gərginlik artıb və buna səbəb xarici ölkələrin Cənubi Qafqazda fəallığını gücləndirməsidir. Rusiya Müdafiə nazirinin vasitəsi ilə prossesə münasibət bildirməklə Ermənistanı xəbərdar edir ki, bu hadisənin nəticəsi sizin üçün yaxşı olmayacaq. Xüsusilə 2026 - cı ildə keçiriləcək parlament seçkilərinə az qalmış və rusmeyilli müxalifətin güclənməsi fonunda baş verən hadisələr Ermənistanın Rusiyaya " strateji xəyanəti " kimi də başa düşülə bilər. Məsələnin üçüncü tərəfi isə İranla bağlıdır. Rəsmi Tehran dəfələrlə Ermənistanın kenar dövlətləri regiona gətirməsindən narahat olduğu üstüörtülü şəkildə bəyan edib. İran - Ermənistan sərhədində Fransa konsulluğunun açılması ikitərəfli əlaqələrin bir qədər gərginləşməsinə səbəb ola bilər. Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət kənar qüvvələri Cənubi Qafqaza gətirməklə bölgədə vəziyyəti gərginləşdirir. İrəvanın bu addımı bölgədə sülh və sabitliyin qorunub saxlanması yolunda əsas maneələrdən biridir.
Zeynal Əmrəliyev, politoloq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see273

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see269

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see251

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see248

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see243

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see240

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see237

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see230

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see229

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see220

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see209

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see207

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see206

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see204

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see204

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see203

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see203

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see201

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see201

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri