Ermənistan XİN: Azərbaycanla nəqliyyat əlaqələrinin bərpası bizim marağımızdadır
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Ermənistan Azərbaycanla nəqliyyat əlaqələrinin qurulması, açılması və bərpası prosesinin tezləşdirilməsində olduqca maraqlıdır".
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın "TVP World" kanalına müsahibəsində bildirib.
"Dəmiryolu əlaqələrinə gəldikdə, ekspertlərin qiymətləndirmələrinə görə, onun tikintisi azı iki il çəkə bilər. Lakin biz artıq Azərbaycanın infrastrukturundan və ərazisindən istifadə edərək yükdaşımaları həyata keçirə bilərik", - deyə Mirzoyan vurğulayıb.
O, Azərbaycanla sülh sazişi mətninin artıq paraflandığını xatırladıb və bildirib ki, Ermənistan tərəfi bu sazişi mümkün qədər tez imzalamağa hazırdır. Bununla belə o, hər iki tərəfdən insanların münasibətlərdə hələ də müəyyən ehtiyatlılıq nümayiş etdirdiklərini vurğulayıb.
"Barışıq prosesi vaxt aparacaq. Sülh qurulub, lakin o, hər iki tərəfdən daimi qayğı və gündəlik səylər tələb edir", - deyə Mirzoyan bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 03 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















