Ermənistan XİN: Şimali Avropa və Baltikyanı ölkələr Bakı və İrəvanın sülh səylərini dəstəkləyir
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Avropa və Baltikyanı ölkələr Azərbaycan və Ermənistanın Cənubi Qafqaz regionunda sülh və sabitliyin əldə edilməsi səylərinə dəstək ifadə edib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə qeyd olunan ölkələrin nümayəndələrinin Ermənistana səfərinin nəticələrinə dair Ermənistan XİN-in yaydığı açıqlamada deyilir.
"Onlar, həmçinin tərəflərin sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması səylərini dəstəkləyib, yaxın zamanda bu sazişi imzalayacaqlarına ümid etdiklərini bildiriblər", - məlumatda qeyd olunub.
Qeyd edək ki, iyunun 3-də Cənubi Qafqaza səfər çərçivəsində İslandiya, Norveç, İsveç, Danimarka, Finlandiya, Estoniya, Litva və Latviya nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Vaqan Xaçaturyan, xarici işlər naziri Ararat Mirzoyan, həmçinin parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının üzvləri ilə görüşlər keçiriblər.
Tərəflər Ermənistanın Aİ ilə münasibətləri gücləndirmək istəyini, həmçinin Cənubi Qafqazda mövcud vəziyyəti müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 İyun 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















