Icma.az
close
up
RU
Ermənistan yeni böhran astanasında: Kreml düyməni basdı

Ermənistan yeni böhran astanasında: Kreml düyməni basdı

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi proseslər adi seçki mübarizəsi çərçivəsindən çıxaraq daha təhlükəli və dramatik xarakter almağa başlayır. Artıq söhbət yalnız hakimiyyət uğrunda daxili rəqabətdən getmir. Ermənistan seçkiləri getdikcə Qərblə Rusiya arasında açıq geosiyasi qarşıdurmanın yeni cəbhəsinə çevrilir.
Bu gün İrəvan faktiki olaraq böyük güclərin maraqlarının toqquşduğu siyasi laboratoriyaya bənzəyir. Bir tərəfdə Ermənistanı Rusiyanın təsir orbitindən çıxarmağa çalışan Qərb, digər tərəfdə isə Cənubi Qafqazda strateji mövqelərini itirmək istəməyən Kreml dayanır.
Məhz buna görə Ermənistanda keçiriləcək seçkilər regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək əsas siyasi mərhələlərdən biri hesab olunur.

Kreml artıq Paşinyana inanmır
Son dövrlərdə Moskvanın İrəvana münasibətində nəzərəçarpacaq sərt dönüş baş verir. Əgər əvvəllər Kreml Baş nazir Nikol Paşinyan ilə münasibətlərdə ehtiyatlı diplomatik ton saxlayırdısa, indi artıq açıq xəbərdarlıq mərhələsinə keçib.
Bunun ən bariz nümunəsi Rusiya Təhlükəsizlik Şurası çərçivəsində yalnız Ermənistan məsələsinə həsr olunan xüsusi toplantının keçirilməsi oldu. Bu, əslində Moskvadan İrəvana verilən ciddi siyasi siqnaldır.
Toplantıda Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan rəhbərliyini açıq şəkildə Rusiyadan uzaqlaşmaqda, Qərbə inteqrasiya xətti yürütməkdə və Moskvanın strateji maraqlarını nəzərə almamaqda ittiham edib.
Əslində Şoyqunun çıxışı adi diplomatik bəyanat deyildi. Bu, Kremlin Ermənistan hakimiyyətinə ünvanladığı siyasi ultimatum xarakteri daşıyırdı.

Moskvanın əsas qorxusu: “ikinci Ukrayna” ssenarisi
Kreml hesab edir ki, Qərb Ermənistanı tədricən Rusiyaya qarşı yeni geosiyasi platformaya çevirmək istəyir. Moskvanın ən böyük narahatlığı isə İrəvanın Ukrayna və Moldova ssenarisinə uyğun şəkildə Qərb orbitinə daxil olmasıdır.
Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması, ABŞ və Böyük Britaniya ilə strateji tərəfdaşlıq sənədləri imzalaması, NATO ölkələri ilə hərbi təlimlər keçirməsi, Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması, Rusiya iqtisadi operatorlarına təzyiqlərin artması, Kremldə artıq “strateji xəyanət” kimi qəbul olunur.
Xüsusilə ABŞ-Ermənistan “Qartal tərəfdaşlıq” hərbi təlimləri və Qərb təhlükəsizlik strukturları ilə əməkdaşlığın genişlənməsi Rusiyanın qırmızı xəttinə toxunur.
Moskva anlayır ki, Ermənistan tam şəkildə Qərb platformasına keçərsə, bu. Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəifləməsi, İran sərhədinə yaxın yeni Qərb təhlükəsizlik xəttinin yaranması, Zəngəzur bölgəsində geosiyasi balansın dəyişməsi, Türkiyə-Azərbaycan tandeminin bölgədə daha da güclənməsi ilə nəticələnə bilər.

Ermənistan yenə təhlükəli oyun oynayır
Tarix göstərir ki, Ermənistanın balanssız və avantürist xarici siyasəti regionda heç vaxt sabitlik yaratmayıb. Əksinə, İrəvan daim böyük güclər arasında manipulyasiya siyasəti yürüdərək bölgəni geosiyasi qarşıdurma meydanına çevirib. Bu gün də eyni tendensiya davam edir.
Paşinyan hakimiyyəti bir tərəfdən Rusiyadan iqtisadi və təhlükəsizlik baxımından asılı qalır, digər tərəfdən isə Qərbə inteqrasiya görüntüsü yaradır. Lakin bu siyasət uzunmüddətli perspektivdə Ermənistanı daha dərin böhrana sürükləyə bilər.
Çünki Ermənistanın iqtisadi sistemi hələ də böyük ölçüdə Rusiyadan asılıdır.

Kremlin “iqtisadi mesajı”: Ermənistan nəyi itirə bilər?
Sergey Şoyqunun çıxışında ən diqqətçəkən məqamlardan biri də iqtisadi asılılıq faktorunun xüsusi vurğulanması idi.
Moskva faktiki olaraq İrəvana xatırlatdı ki, Ermənistanın xarici ticarətinin əsas hissəsi Rusiyanın payına düşür; enerji təhlükəsizliyi böyük ölçüdə Rusiyadan asılıdır; qaz Ermənistana güzəştli qiymətlə verilir; kənd təsərrüfatı ixracının böyük hissəsi Rusiya bazarına gedir; Ermənistan vətəndaşları Rusiyada xüsusi kvota olmadan işləyirlər; milyardlarla dollar pul köçürməsi Ermənistan iqtisadiyyatını ayaqda saxlayır. 
Kremlin bu mesajının əsas mahiyyəti aydındır. Əgər İrəvan indiki kursu davam etdirərsə, Moskva Ermənistan üçün həyati əhəmiyyət daşıyan iqtisadi rıçaqları işə sala bilər. Kreml açıq deməsə də, artıq Ermənistana “strateji seçim vaxtı çatıb” mesajını verir.

Ermənistan “iki toyda oynaya” bilməz
Rusiya rəsmilərinin son açıqlamalarında ən çox təkrarlanan fikir budur: Ermənistan həm Avrasiya İqtisadi İttifaqında qalaraq Rusiyanın iqtisadi üstünlüklərindən yararlana, həm də Avropa Birliyinə inteqrasiya edə bilməz.
Bu, əslində Kremlin son xəbərdarlığıdır.
Vladimir Putin və Rusiya XİN rəhbərliyi artıq açıq şəkildə bildirirlər ki, Ermənistanın “ikiqütblü siyasəti” qəbul edilməyəcək.
Başqa sözlə, Moskva İrəvanı seçim etməyə məcbur edir ki, ya Rusiya təhlükəsizlik sistemində qalmaq, ya da Qərb platformasına keçmək.  Ortada üçüncü yol getdikcə daralır.

Paşinyanın əsas problemi: etimad böhranı
Paşinyan seçki öncəsi Rusiyaya qarşı olmadığını göstərməyə çalışır. O, Prezident Vladimir Putin ilə dost münasibətlərindən danışır, Moskvanın maraqlarına hörmət etdiyini bildirir və kəskin addımlar atmayacağını vəd edir. Lakin görünən budur ki, Kreml artıq bu mesajlara inanmır. Moskva hesab edir ki, Paşinyan Qərbə inteqrasiya kursunu strateji xətt kimi seçib və sadəcə vaxt qazanmağa çalışır.  Bu isə Kremlin seçkiyə qədər Ermənistana təzyiqləri daha da artıracağı ehtimalını gücləndirir.

Seçki Cənubi Qafqazın gələcəyini müəyyən edə bilər
Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə ölkədaxili hakimiyyət dəyişikliyi məsələsi deyil. Bu seçkilər- Cənubi Qafqazın geosiyasi istiqamətini, Rusiya-Qərb qarşıdurmasının regional miqyasını, Azərbaycan-Ermənistan sülh prosesinin taleyini, Zəngəzur dəhlizi ətrafındakı balansı, Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələsini birbaşa təsir altına ala bilər. Ən təhlükəli məqam isə budur ki, Ermənistan yenidən böyük güclərin geosiyasi oyununda alətə çevrilmək riski ilə üz-üzədir. Tarix isə göstərir ki, İrəvan belə oyunların sonunda ən çox itirən tərəf olur.
Bu gün Ermənistanda seçki kampaniyası yox, geosiyasi savaş gedir.
Qərb Ermənistanı Rusiyanın təsirindən çıxarmağa çalışır. Kreml isə Cənubi Qafqazda strateji məğlubiyyətə imkan verməmək üçün bütün vasitələri işə salır.
Paşinyan hakimiyyəti isə iki fərqli geosiyasi qütb arasında balans yaratmağa çalışsa da, proseslər göstərir ki, bu balans siyasəti artıq son həddə çatıb.
Odur ki, İrəvan tarixi seçim qarşısındadır. Lakin Ermənistanın ən böyük problemi odur ki, o, hələ də reallıqla geosiyasi illüziyalar arasında tərəddüd edir.

Mürtəza Bünyadlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 May 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri