Ermənistana casusluq edən Əbilovla bağlı qərar verildi KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xarici ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilovla bağlı məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, məhkəmənin hökmü ilə İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xarici ölkədə yaşamış İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 27 Oktyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















