Icma.az
close
up
RU
Ermənistana keçən hərbçimizə görə kimi, hansı cəza gözləyir?

Ermənistana keçən hərbçimizə görə kimi, hansı cəza gözləyir?

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Ermənistan tərəfinə keçən Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı araşdırmanın hansı istiqamətlər üzrə aparılacağı və hadisəyə görə kimlərin məsuliyyət daşıya biləcəyi diqqət mərkəzindədir. İstintaqın yalnız hərbçinin hərbi hissəni tərk etməsi faktı ilə məhdudlaşıb-məhdudlaşmayacağı, xidmətin və nəzarət mexanizmlərinin necə təşkil edildiyi, eləcə də mümkün səhlənkarlığa yol verən şəxslərin müəyyənləşdirilib-müəyyənləşdirilməyəcəyi suallar doğurur.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, araşdırma çərçivəsində hərbçinin hərbi hissədən hansı şəraitdə çıxması ilə yanaşı digər məsələlər də araşdırılacaq.

“Hazırda iş üzrə müvafiq istintaq və digər prosessual tədbirlər davam etdirilir. İstənilən cinayət işi başlanarkən onunla bağlı bütün hallar obyektiv şəkildə araşdırılmalıdır. Bu baxımdan istintaq yalnız Nəsimi Musayevin hərbi hissəni tərk etməsi ilə məhdudlaşmayacaq. Onun hərbi hissədən hansı şəraitdə çıxması, həmin vaxt qarovul və daxili xidmətin necə təşkil edildiyi, nəzarət mexanizmlərinin işləyib-işləmədiyi və digər məsələlər tam şəkildə aydınlaşdırılacaq. Konkret şəxslərin xidməti vəzifələrini pozması müəyyən edilərsə, bu hallar səhlənkarlıq,yəni cinayət məcəlləsinin 342,341,336 və 340-cı maddələrlə də qiymətləndirlə bilər.Əsas məqam cinayətin törədilməsinə zəmin yaradan səbəb və şəraitin hərtərəfli araşdırılmasıdır”.

Deputat erməni KİV-lərində Nəsimi Musayevin sərhədi keçdikdən sonra evdə olması və orada kimisə yaralaması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.

“Erməni KİV-lərində hərbçimizin sərhədi keçdikdən sonra bir erməninin evində olması və kimisə yaralaması ilə bağlı müxtəlif məlumatlar yayılır. Ermənistan müxalifəti də bundan süni şəkildə istifadə edir. Bu cür məlumatların yayılması Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlara xələl gətirməyə yönələ bilər. Lakin Ermənistan rəhbərliyinin, o cümlədən Baş nazir Nikol Paşinyanın açıqlamalarından da görünür ki, məsələ hərtərəfli araşdırılacaq və hər iki tərəfin hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət veriləcək”.

Arzu Nağıyev qeyd edib ki, hazırda əsas məqsəd hərbçinin Azərbaycana qaytarılmasıdır:

“Düşünürəm ki, Baş Prokurorluq, hüquq-mühafizə və xüsusi xidmət orqanları peşəkarlıqla bu işin öhdəsindən gələcək. Hazırda əsas məram və məqsədimiz hərbçimizin geri qaytarılmasıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 336, 340, 341 və 342-ci maddələri hərbi xidmətlə bağlı müxtəlif pozuntulara görə məsuliyyəti müəyyən edir.

336-cı maddə – Qarovul xidmətinin nizamnamə qaydalarını pozma. Qarovulun tərkibinə daxil olan şəxsin qarovul xidmətinin nizamnamə qaydalarını pozması ağır nəticələrə səbəb olduqda, əməl cinayət məsuliyyəti yaradır və 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

340-cı maddə – İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma. Hərbi dəstənin tərkibində olan şəxsin xidmət qaydalarını pozması və bunun nəticəsində vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vurulması 1 ilədək hərbi xidmət üzrə məhdudlaşdırma və ya 1 ilədək intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. Əməl ağır nəticələrə səbəb olduqda və ya müharibə vaxtı, yaxud döyüş şəraitində törədildikdə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

341-ci maddə – Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə. Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etməsi, səlahiyyət həddini aşması və ya hakimiyyətdən qəsdən istifadə etməməsi, müəyyən edilmiş hallarda 2 ilədək hərbi xidmət üzrə məhdudlaşdırma və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əməl qrup halında, silah tətbiq olunmaqla və ya ağır nəticələrə səbəb olduqda cəza 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə təşkil edir. Müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə daha ağır cəza nəzərdə tutulur.

342-ci maddə – Qulluğa səhlənkar yanaşma. Rəisin və ya vəzifəli şəxsin xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi mühüm zərərə səbəb olduqda, 1500 manatdan 3000 manatadək cərimə, 2 ilədək hərbi xidmət üzrə məhdudlaşdırma və ya 1 ilədək azadlıqdan məhrumetmə tətbiq edilə bilər. Əməl ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri