Icma.az
close
up
RU
Ermənistanda “27 oktyabr” terroru ilə bağlı istintaq yenidən gündəmdə Səfilyan dindirilib

Ermənistanda “27 oktyabr” terroru ilə bağlı istintaq yenidən gündəmdə Səfilyan dindirilib

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Ermənistan İstintaq Komitəsində 1999-cu il 27 oktyabrda baş vermiş parlament terroru ilə bağlı istintaqdan ayrılmış epizod üzrə “Milli-Demokratik Qütb” Şurasının üzvü, tanınmış ictimai-siyasi fiqur Jirayr Səfilyan şahid qismində dindirilib.

Xatırladaq ki, həmin gün Nairi Hunanianın rəhbərlik etdiyi silahlı qrup Ermənistan parlamentinə hücum edərək Baş nazir Vazgen Sarksiyan, parlament sədri Karen Dəmirçyan da daxil olmaqla səkkiz yüksək vəzifəli şəxsi qətlə yetirmişdi. Bu hadisə ölkədə uzun müddətli siyasi böhrana və mübahisəli istintaqa səbəb olmuşdu. Hunanian və dəstəsinin bir neçə üzvü ömürlük həbs cəzası alsa da, terrorun sifarişçiləri və motivləri ilə bağlı suallar bu gün də cavabsız qalır.

Səfilyanın dindirilməsinə səbəb keçmiş “dqr" rejiminin “təhlükəsizlik şurası”nın sabiq katibi və “ordu komandanı” olmuş Samvel Babayanın verdiyi bir müsahibədir. Babayan müsahibəsində bildirib ki, 27 oktyabr hadisəsindən dərhal sonra Səfilyan ona zəng edərək, “saqqallı öldü, onu qətlə yetiriblər” deyib və danışıqlara qatılmağa çağırıb. Bu iddia Ermənistan parlamentində də gündəmə gəlib. Müdafiə Komitəsinin sədri Andranik Koçaryan 8 mayda baş prokurora bu məsələ ilə bağlı sual ünvanlayıb.

Dörd gün sonra Səfilyan İstintaq Komitəsinə çağırılıb və ifadə verib.

Yerli mətbuata açıqlamasında o, Babayanın iddialarını təkzib edərək, onu və Koçaryanı özünü qaralamaqda ittiham edib: “Bu, absurd və saxta ittihamdır. Mən 25 il əvvəl artıq bu məsələ ilə bağlı dindirilmişdim. Koçaryan bunu belə bilmir. Deməli, ev tapşırığını yerinə yetirməyib.”

Səfilyan əlavə edib ki, bu iddialar reallığı əks etdirmir və onların gündəmə gətirilməsi siyasi məqsədlər daşıyır.

Qeyd edək ki, illər əvvəl yayımlanan ifadələrdə Səfilyanın Hunanianla danışdığı, onun vasitəsilə Babayanla əlaqə qurmağa çalışdığı, lakin nəticə əldə olunmadığı qeyd olunurdu. Daha sonra Arkadi Qukasyanın təşəbbüsü ilə Səfilyan parlament binasına – prezident Robert Koçaryanın yanına getmişdi. O dövrün Daxili İşlər naziri Suren Abrahamyan isə Səfilyanın Hunanianla danışığını “zamana oynamaq üçün” faydalı saymışdı.

Hazırda Babayanın istintaqa çağırılıb-çağırılmadığı bəlli deyil. İstintaq Komitəsi bu barədə açıqlama verməyib.

Rasim Əliyev
AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri