Icma.az
close
up
RU
Ermənistanda hakimiyyət savaşı: Moskva ilə Qərb arasında seçim

Ermənistanda hakimiyyət savaşı: Moskva ilə Qərb arasında seçim

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca regionda sabitliklə bağlı narahatlıqlar artır. Hakim partiyanın deputatı Qagik Melkonyan Rusiyanın regionda öz maraqları üçün gərginliyi artırdığını iddia edib. O bildirib ki, Robert Kocharyan, Gagik Tsarukyan və Samvel Karapetyan hakimiyyətə gəlsə, müharibə ehtimalı yüksələ bilər. Bu açıqlamalar Ermənistan–Azərbaycan münasibətlərində yenidən gərginliyin arta biləcəyini göstərir.

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistandakı daxili siyasi dinamika birbaşa olaraq həm Rusiya ilə münasibətlərə, həm də Azərbaycanla sülh prosesinə təsir edir. Real vəziyyəti qiymətləndirəndə emosional bəyanatları bir qədər kənara qoyub struktur faktorlarına baxmaq daha faydalıdır.

Politoloq vurğulayıb ki, Nikol Pashinyan hakimiyyətə gəldiyi dövrdən qərbyönümlü siyasət sərgiləyir. Xüsusilə son illərdə İrəvan–Moskva münasibətləri açıq şəkildə soyuyub: “KTMT ilə bağlı narazılıqlar, Rusiya sülhməramlılarının fəaliyyəti ətrafında tənqidlər və Ermənistanın Qərbə (Aİ, Fransa, ABŞ) doğru ehtiyatlı yaxınlaşması bunu göstərir”.

Anar İsayevin fikrincə, seçkilərdən sonra iki əsas ssenari ola bilər. Paşinyan və ya onun xəttinə yaxın qüvvələr qalib gələrsə, balanslaşdırma siyasəti davam edəcək. Ermənistan Rusiyadan tam qopmayacaq (təhlükəsizlik və iqtisadi asılılıq səbəbilə), amma Qərblə inteqrasiyanı artırmağa çalışacaq. Münasibətlər “soyuq praqmatizm” səviyyəsində qalacaq. Koçaryan və ya daha açıq “pro-Rusiya” qüvvələr güclənərsə, Moskva ilə münasibətlər normallaşa və hətta dərinləşə bilər.

Amma bu, Ermənistanın manevr imkanlarını azalda və Qərblə münasibətlərini gərginləşdirə bilər.

Rusiya üçün əsas məqsəd Ermənistanın tam şəkildə Qərb orbitinə keçməsinin qarşısını almaqdır. Ona görə də Moskva seçkilərdən asılı olmayaraq təsir alətlərini qorumağa çalışacaq.

Bu seçkilərdə müxalifətin, xüsusilə Koçaryan blokunun şansı nə qədər realdır?

Politoloq hesab edir ki, bu məsələ bir qədər şişirdilmiş formada təqdim olunur. Koçaryan hələ də müəyyən elektorata malikdir (xüsusilə təhlükəsizlik yönümlü, köhnə elita ilə bağlı seçicilər arasında), amma onun qarşısında ciddi məhdudiyyətlər var.

“2020-ci il müharibəsindən əvvəlki sistemlə assosiasiya olunması, korrupsiya və köhnə idarəçilik imici, gənc və şəhər seçiciləri arasında zəif dəstək və sair. Reallıqda müxalifət parlamentdə təmsilçiliyini artıra bilər, amma təkbaşına hakimiyyətə gəlməsi hazırkı şərtlərdə çətin, hətta mümkünsüz görünür. Yəni “tam hakimiyyət dəyişikliyi”ndən çox, siyasi balansın dəyişməsi ehtimalı daha yüksəkdir”, – deyən politoloq hesab edir ki, belə bəyanatlar bir neçə istiqamətdə təsir göstərir.

Əvvəla, bu daxili auditoriyaya mesajdır: hakimiyyət rəqiblərini “müharibə riski” ilə əlaqələndirərək legitimlik qazanmağa çalışır.

Eyni zamanda xarici auditoriyaya siqnaldır. Qərbə göstərilir ki, mövcud hakimiyyət alternativlərdən daha “stabil”dir.

Azərbaycan üçün isə İrəvanda siyasi qeyri-müəyyənlik olduğu görüntüsü yaranır.

Praktik təsirə gəldikdə isə politoloq hesab edir ki, bu, qısa müddətdə ritorikanı sərtləşdirə, danışıqlarda etimadı zəiflədə bilər. Amma genişmiqyaslı müharibə riskini avtomatik artırmır. Çünki hazırda həm Ermənistan, həm də Azərbaycan üçün böyük müharibə yüksək xərcli və risklidir. Üstəlik beynəlxalq aktorlar (ABŞ, Aİ, hətta Rusiya) regionda yeni eskalasiyada maraqlı deyil.

Ona görə də bu cür açıqlamalar daha çox siyasi alətdir, real hərbi eskalasiyanın birbaşa göstəricisi deyil.

İradə Cəlil,Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 May 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri