Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 9 oktyabr, AZƏRTAC
Ermənistan hökuməti müəyyən kateqoriyadan olan vətəndaşlar üçün müddətli həqiqi hərbi xidmətə çağırış üzrə yuxarı yaş həddinin 32 yaşadək artırılmasını nəzərdə tutan qanun layihəsini bəyənib.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, dəyişikliklər dünyanın ən yaxşı 100 universitetinin yer aldığı Dünya Universitetlərinin Akademik Reytinqinə (ARWU) daxil olan ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya aspirantura səviyyələri üzrə əyani təhsil alan vətəndaşlara şamil ediləcək.
Təhsillərini başa vurduqdan sonra onlar Ermənistan hökumətinin müəyyən etdiyi sahələrdə ən azı üç il işləməli olacaqlar. Bu sahələrə təhsil və elm, dövlət idarəçiliyi, hərbi sənaye, yüksək texnologiyalar, səhiyyə və maliyyə daxildir.
Bu şərti yerinə yetirən vətəndaşlar müddətli həqiqi hərbi xidmət keçməkdən azad edilə biləcəklər.
Qanun layihəsinə əsasən, müvafiq çağırış kampaniyası dövründə 32 yaşı tamam olan vətəndaşlar da hərbi xidmətə çağırılacaqlar.
Sənəd baxılması üçün Ermənistan Milli Məclisinə təqdim ediləcək. Qanun qəbul olunacağı təqdirdə, rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 Oktyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















