Icma.az
close
up
RU
“Ermənistanda ictimai siyasi həyatın bütün spektrləri üzrə hakimiyyət tərəfindən təzyiqlər edilir, amma beynəlxalq təşkilatlar bunu görməzdən gəlirlər” RƏY

“Ermənistanda ictimai siyasi həyatın bütün spektrləri üzrə hakimiyyət tərəfindən təzyiqlər edilir, amma beynəlxalq təşkilatlar bunu görməzdən gəlirlər” RƏY

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

“Ən yeni tarixdə beynəlxalq təşkilatların ikili standartları, bir çox ölkələrə qarşı tətbiq olunan ədalətsiz yanaşmadır və bu bir sıra ölkələrə qarşı sistemli davam etdirilir. Bu həmçinim beynəlxalq təşkilatları hörmətdən salır, beynəlxalq münasibətlərin oyunçusu kimi nüfuzlarının aşağı düşməsində əsas faktor kimi çıxış edir. Bu, ən yeni tarixdə artıq təəccüblənməli olan bir şey deyil. Bir sıra ölkələr var ki, beynəlxalq təşkilatlar onlara qarşı həddindən artıq səssiz qalır, baş verən prosesləri görməzdən gəlirlər. Həmin ölkələrdən biri də Ermənistandır. Demək olar, monoetnik bir ölkədə ictimai-siyasi həyatın bütün spektrləri üzrə - istər siyasi, istərsə də dini təmayüllü icmalara  mərkəzi hakimiyyət tərəfindən təzyiqlər edilir, həbslər olur. Xüsusilə, media işçilərinə qarşı ciddi təzyiqlər var. Bunlar, sadəcə, epizodik məsələlər deyil, Ermənistanın mövcud hakimiyyətinin sistemli media siyasətidir. Onlar bu kimi addımlar atmaqla, daxildə bütün icmalara təzyiq etməklə özlərinə qarşı müqaviməti, fərqli fikirliliyi boğmağa çalışırlar”.

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

“Bu proses Ermənistan üçün həmişə xarakterik olsa da, artıq bir neçə ildir, artan xətt üzrə davam edir, amma Avropa Şurası, ATƏT və digərləri bu mövzuları görməzdən gəlirlər. Hazırda Ermənistan daxilində dini icmaya qarşı hücumlar, birmənalı olaraq həm dini, həm də fərqli siyasi baxış üzərindən təzyiqlər aparılır. Xüsusilə, dini icmalara qarşı təzyiqlər dini və vicdan azadlığı, dini ayrı-seçkilik Ermənistanın öhdəlik olaraq götürdüyü beynəlxalq konvensiyalara zidd addımlardır. Eyni zamanda BMT-nin, ATƏT-in, insan haqlarının müdafiəsinə cavabdeh olan təsisatların bütün fundamental sənədlərinə, konvensiyalara ziddir. Beynəlxalq təşkilatlar isə Ermənistanın buna haqqı varmış kimi davranırlar. Bu ikili standartlar zaman-zaman həmin beynəlxalq təşkilatların özlərinə qarşı ciddi arqument kimi rəqib qrupları tərəfindən istifadə olunur. Xüsusilə, Avropa Şurasının dini azadlıqlarla bağlı iş üzrə təsisatlarının bu istiqamətdə səssizliyi, ümumiyyətlə, anlaşılan deyil. Bu isə Ermənistan hakimiyyətinə dini azlıqları, siyasi fərqlilikləri, fikir ayrılıqlarını boğmaq üçün kart blanş verir. Nəticədə, ölkə daxilində 21-ci əsrdə ciddi repressiyalar həyata keçirilməkdədir. Artıq bir neçə gündür, əlliyə yaxın şəxs həbs olunub. Həbs edilənlər arasında sadə siyasi fəallar olmaqla paralel  ,  dini liderlər, siyasi partiya, icma rəhbərləri və digərləri var”, — o bildirib.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 İyun 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see504

Bakıda güclü partlayış baş verib VİDEO

26 İyun 2025 23:26see152

Ukrayna dronları Rusiya S 400 nü belə məhv etdi Video

26 İyun 2025 23:07see145

Ulduzlar bu 5 bürcə yeni həyat vəd edir: bəxtəvərlər siyahısında kimlər var?

26 İyun 2025 18:49see133

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

26 İyun 2025 23:12see129

Tramp: Yük maşınları İranın nüvə obyektindən heç nə çıxara bilməyib

26 İyun 2025 20:37see119

Kansler Fridrix Merts Almaniyanın Avropa İttifaqına tam dəstəyini ifadə edib

27 İyun 2025 07:26see117

Dünyanın ən dərin barı açılacaq 164 milyon dollar xərclənəcək

26 İyun 2025 23:18see117

Rep oxuduğuma görə qarğış edirlər Alim Qasımov

26 İyun 2025 19:36see116

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

27 İyun 2025 18:43see115

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi Ankarada geniş qeyd olunub

26 İyun 2025 19:45see115

Mərkəzi Afrikada məktəbdə transformator partlayıb, 29 nəfər ölüb

26 İyun 2025 19:36see114

Elza Seyidcahanın metroda çıxışı müzakirə mövzusu oldu RƏY

26 İyun 2025 15:54see113

Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...

28 İyun 2025 05:06see113

Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib

26 İyun 2025 20:37see112

Pezeşkian: İranın cavab tədbirləri regionda tammiqyaslı və nəzarətsiz müharibənin qarşısını aldı

27 İyun 2025 16:56see112

Gözünü aç, amma ağzını yum: Niyə Ermənistana hər şey olar?

27 İyun 2025 15:10see112

İsrail əsgərləri Qəzzada yeni doğulmuş körpələri öldürdü

27 İyun 2025 09:23see112

Hyundai Rusiyaya çatdırılmanın yolunu tapıb...

27 İyun 2025 23:54see110

Yeni viruslar ölümcül ola bilər: İnfeksionistdən XƏBƏRDARLIQ

27 İyun 2025 18:15see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri