“Ermənistanda konstitusiya islahatları hakimiyyət üçün güclü alət olacaq” SİYASİ ŞƏRHÇİ
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
“Ermənistan mövcud konstitusiya ilə parlamentar sistemə keçib və bu sistem ölkədə müəyyən uğur qazanıb. Artıq üç seçki keçirilib, bunlardan biri yarımçıq olub, digərləri isə Paşinyanı təsdiqləyib”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib:
“Lakin konstitusiyada hakimiyyət bölgüsü, prezidentlə baş nazir arasındakı səlahiyyətlər, hüquq-mühafizə sistemi, ölkəyə repatriasiya və vətəndaşlıq məsələləri ilə bağlı müəyyən boşluqlar mövcuddur.
Xüsusilə Ermənistana qayıdış hüququ, Qərbi Azərbaycandan gələnlər və ya digər repatriantların statusu bu sahələrdə aydınlaşdırılmalı məqamlar kimi qalır.
Bundan əlavə, ərazi məsələləri, qonşulara qarşı ərazi iddiaları və konstitusiyanın preambulasında nəzərdə tutulan bəzi təcavüzkar müddəaların götürülməsi də islahatların hədəfi ola bilər”.
Siyasi şərhçi hesab edir ki, bütün bu dəyişikliklər siyasi hakimiyyət üçün gələcək addımlarını müəyyənləşdirməkdə güclü bir alət, hətta bir silah rolunu oynaya bilər.
Şəbnəm
Baxış sayı:75
Bu xəbər 01 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















