Icma.az
close
up
RU
“Ermənistanda etiraz aksiyaları revanşist qüvvələrin təsirindən doğur” SİYASİ ŞƏRHÇİ

“Ermənistanda etiraz aksiyaları revanşist qüvvələrin təsirindən doğur” SİYASİ ŞƏRHÇİ

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda müxalifət qüvvələri, eləcə də kilsə və digər təşkilatlar etiraz aksiyaları keçirir.

Ermənistan cəmiyyəti tərəfindən görülən tədbirlərə baxmayaraq, etirazlar davam edir.

Maraqlıdır ki, görəsən onlar nəyə etiraz edir?

Gununsesi.info-ya danışan siyasi şərhçi Azər Həsrət mövzunu belə şərh edib:

“Onlar əslində nə üçün etiraz etdiklərini özləri də bilmir. Sadəcə revanşist mövqedədilər və onların ipi öz əllərində deyil, xaricdən yönləndirilirr. Məqsəd isə Azərbaycanla Ermənistan arasında anlaşmanın qarşısını almaqdır. Rusiya sülhməramlıları getdikdən sonra Ermənistanla Azərbaycan arasında bir dəfə də silah işlədilməyib, güllə atılmayıb və heç bir qarşıdurma baş verməyib. Bundan əlavə, Azərbaycan və Ermənistan ikitərəfli, üçüncü tərəfin iştirakı olmadan dəfələrlə görüşlər keçirib. Son görüş də Cənab Prezidentin Şarm əş-Şeyxdə Paşinyanla normal bir mühitdə görüşməsi, danışması, çay içməsi və səmimi söhbət etməsi şəraitində baş tutub”.

Azər Həsrət qeyd edib ki, Azərbaycan uzun illərdir bunu deyir və Ermənistana izah etməyə çalışır ki, üçüncü tərəflərə ehtiyac yoxdur.

“Üstəlik, bu anlaşma silahla və ya müharibə yolu ilə deyil, sülh yolu ilə həyata keçirilə bilər. Təəssüf ki, Ermənistanda etiraz aksiyaları keçirməyə cəhd edən qüvvələr hakimiyyətdə olanda — Köçəryanlar, Sarkisyanlar və kilsənin də rolu mütləq qeyd olunmalıdır — imkan vermirdilər ki, biz normal masa arxasında danışaq. Onlar artıq hakimiyyətdən gediblər, düzdür, sayları az olsa da, arada bir ürək bulandırmağa cəhd edirlər və qərarları özləri vermirlər.

Onları üçüncü tərəflər hərəkətə gətirir. Amma Paşinyan real işlər gördüyü üçün erməni cəmiyyətinin dəstəyini qazanır.
Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Paşinyan seçki keçirib və həmin seçkini udub. Bu da o deməkdir ki, Ermənistan cəmiyyəti Azərbaycanla müharibəni istəmir, sülh istəyir və Paşinyan da onların rəhbəri olaraq bu sülhə doğru addım-addım irəliləyir.

Əslinə qalsa, mən 44 günlük müharibəni hətta bundan sonra da belə adlandırmağın düzgün olduğunu düşünürəm. Biz artıq 44 günlük müharibəni sülhə məcbur etmə aksiyası kimi də adlandıra bilərik. Çünki Azərbaycan heç vaxt müharibə istəməmişdi, bizi buna məcbur etmişdilər. Biz müharibə etdik və bu bir sülhə məcbur etmə aksiyası oldu. Nəticəsi uğurla başa çatdı və hər iki xalqın xeyrinə oldu”.

Siyasi şərhçi onu da qeyd edib ki, Ermənistan uduzmuş tərəf olsa da, əslində, müəyyən mənada udub.

“Bu barədə dəfələrlə çıxışlarımda qeyd etmişəm. Qarabağ yükü — işğal edilmiş o torpaqlar — bütövlükdə Azərbaycan üçün əhəmiyyətli olduğu kimi, Ermənistanın zəif çiyinləri üçün də son dərəcə ağır yük idi. Ona görə də son 30 il ərzində Ermənistan irəliləyiş göstərə bilmədi. Heç bir dünya dövləti Qarabağ reallığını — yəni onun Ermənistana məxsus olduğunu və Ermənistanın həmin ərazini faktiki nəzarətdə saxladığını  qəbul etmədi. Nəticədə Ermənistanın büdcəsi və imkanları əsasən Qarabağa yönəlmişdi: təbliğata, iqtisadi olaraq dəstəkləməyə, hərbi xərclərə və s. Beləliklə, Ermənistan getdikcə daha da dalana dirənirdi.

Bu müharibəni uduzmaqla belə, əslində Ermənistan müəyyən mənada müəyyən fayda əldə edib. Paşinyanın tez-tez deməsinin səbəbi budur: o istəyir ki, Azərbaycan onların bəzi ərazilərini tanısın. Çünki bilirlər ki, bu günləri tanıda bilməsələr, gələcəkdə həmin təsdiqin olmaması Ermənistan üçün əlavə problemlər yarada bilər. Bunun üçün də revanşist qüvvələri qızışdırırlar ki, yenidən qarşıdurma yaransın”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri