Icma.az
close
up
RU
Ermənistanda kürsü davası QIZIŞIR

Ermənistanda kürsü davası QIZIŞIR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Artıq bir neçə gündür ki, “Vətəndaş Müqaviləsi” (hakim partiya-red.) Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyana qarşı qızğın mübarizə aparır. 

Sonuncu siyasi ərizə təqdim etdiyini, partiya yaradacağını, seçkilərdə iştirak edəcəyini və Ermənistan Respublikasının baş naziri postuna namizədliyini irəli sürəcəyini bəyan edib”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazıb.

“Bizdə olan məlumata görə, hökumət komandasına hər hansı yeni müxalif siyasi qüvvəni şansından asılı olmayaraq, beşiyindəcə boğmaq, yaranmasının qarşısını almaq tapşırılıb. Bundan başqa, 2026-cı il seçkiləri öncəsi məqsəd bütün müxalifət icmalarını və onların liderlərini neytrallaşdırmaq, mümkünsə onları aradan götürmək, əgər bu olmasa, onları tabe etmək və ya sakitləşdriməkdir. Bu günlərdə Vardan Qukasyana qarşı kampaniyanın aparılması təsadüfi deyil.

Hakimiyyət artıq heç nəyi dayandıra bilmir. Onlar meri, onun oğlunu, silahdaşlarını həbs edə, yaxın gələcəkdə digər məşhur və nüfuzlu şəxsləri, o cümlədən Martun Qriqoryanı da təqib etməyə başlaya bilərlər. Yeri gəlmişkən, ötən həftə Nikol Paşinyan Milli Assambleyada eyham vurmuşdu ki, partiyaların maliyyələşdirilməsini şəffaflaşdırmaq üçün qanuna dəyişikliklər lazımdır.

“Digər partiyaları kim maliyyələşdirir, hansı mənbələrdən maliyyələşdirir? Bu məsələləri qanunla tənzimləmək lazımdır. Hətta seçkilərdə iştirak etmək imkanı verilib-verilməməsi məsələsi də qaldırılır. Konspiraloji strukturlar konspiralogiya ilə məşğul olmalıdırlar”, - deyə o, göstəriş verib.

“Hraparak”da dərc olunan məqalə ümumilikdə, 2026-cı ildə keçiriləcək parlament  seçkiləri öncəsi radikal müxalifətlə Nikol Paşinyan hakimiyyəti arasında siyasi qarşıdurmanın artmasından xəbər verir. Həmişəki kimi bu dəfə Paşinyana qarşı əks siyasi qütbdə radikal erməni millətçilərinin dayandığını görmək olar. Onları Erməni Apostol Kilsəsi də dəstəkləyir.

Lakin müxalifət düşərgəsində siyasi pərakəndiliyin mövcud olması və vahid siyasi cəbhədə birləşə bilməməsi Paşinyanın öz rəqibləri ilə mübarizəni aparmaq imkanını asanlaşdırır. Bu baxımdan, Paşinyanın “Hraparak”ın iddia etdiyi kimi müxalifət liderlərini aradan götürməsinə, yəni onlara qarşı sui-qəsd etməsinə ehtiyac qalmır. Seçkilər öncəsi hakimiyyətin müxalifətə qarşı inzibati resurslardan istifadə edəcəyi gözləniləndir.

Hətta siyasi partiyaların maliyyələşmə mexanizmlərinə nəzarəti artıqmaq üçün qanunvericiliyiə əlavə və dəyişikliklər edilə bilər. Ancaq siyasi rəqiblərinə qarşı terror etmək revanşist müxalifətə və kilsəyə xas olan taktikadır. Ona görə də “Hraparak” qəzeti bu mövzuda daha çox müxalifətin mövqeyindən çıxış edib.

Arman Tatoyana gəlincə, o, hələ ombudsman kimi fəaliyyət göstərdiyi dövrdə radikal-şovinist çıxışları ilə tanınıb. Tatoyan Qarabağda guya erməni separatçılarının hüquqularının “pozulması” barədə qondarma hesabatlar hazırlayıb beynəlxalq təşkilatlara və xarici ölkələrin hakimiyyət orqanlarına göndərirdi.

Arman Tatoyan siyasi baxışlarına görə daha çox “Daşnaksütyun”a yaxın hesab edilir. Amma o, Ermənistan cəmiyyətinə ciddi təsir imkanı olmayan adamdır. Tatoyanın siyasi partiya yaratması Ermənistanın müxalifət düşərgəsində siyasi pərakəndəliyi genişləndirə bilər. Bu da onun lider kimi müxalifəti ətrafında birləşdirə biləcək fiqur olmaması ilə bağlıdır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri