Icma.az
close
up
RU
Ermənistanda vəzifə davası BAŞLADI

Ermənistanda vəzifə davası BAŞLADI

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda iyunun 7-də keçirlmiş parlament seçkilərində qələbə qazanan hakim “Vətəndaş Müqaviləsi” partiyası seçkilərin rəsmi nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməmiş qanunverici orqanda rəhbər postları bölüşdürməyə başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. 

“Artıq məlumdur ki, partiya rəhbərliyi Milli Məclisin sədri vəzifəsinə Ruben Rubinyanı, vitse-spikerlər vəzifəsinə isə Vaahn Aleksanyan və Hayk Konjoryanı namizəd göstərib.

Sonuncu həmçinin, parlamentin sədri vəzifəsinə namizədliyini irəli sürsə də, seçilməyib. Yaxın günlərdə “Vətəndaş Müqaviləsi”nin İdarə Heyəti parlament fraksiyasının rəhbərini də seçəcək. 

Dünəndən etibarən partiya aparatına rəhbərlik edən Arusyak Manavazyan parlament fraksiyasının rəhbəri vəzifəsinə namizəd göstərilib.

O, fraksiyada Nikol Paşinyanın “gözü və qulağı”, eləcə də partiyanın maliyyəsinə məsul şəxs adlandırılır. Manavazyan uzun illər “Haykakan Jamanak” qəzetinin və Paşinyana bağlı mətbəənin baş mühasibi vəzifəsində çalışıb. Bundan sonra hökumət malikanələrinin direktoru vəzifəsində çalışıb.

Nəşrin məlumatına görə, o, hazırda Baş nazirin ailəsinin maliyyə axınlarının idarə olunmasında da iştirak edir.  Eyni zamanda, hakim komandada hesab edirlər ki, Paşinyanın fraksiya lideri vəzifəsinə favorit namizəd onun keçmiş ingilis dili müəllimi, Ermənistanın ABŞ-dəki sabiq səfiri Lilit Makuntsdur.

Seçkilərdən əvvəl o, hətta Milli Məclisin sədri vəzifəsinə namizəd kimi də nəzərdən keçirilirdi. Lakin, bu vəzifənin, xarici oyunçuların xahişi ilə Ruben Rubinyana veriləcəyi iddia edilir. 

Komanda əmindir ki, Rubinyanın parlamentin sədri təyin olunması yalnız xarici amil sayəsində mümkün olub. Əks təqdirdə, həmkarları inanırlar ki, Paşinyan Alen Simonyanı bu qədər qeyri-rəsmi şəkildə aradan götürməz, tənbəl və ölçüsüz kimi xarakterizə etdikləri Rubinyanı vəzifəyə gətirməzdi.

Mənbələr bildirir ki, Simonyan Paşinyan və komandasına sədaqətlə xidmət etməklə yanaşı, həm də balanslı xarici siyasətin tərəfdarı olub. Paşinyanın təşəbbüsü ilə vaxtaşırı Rusiyaya qarşı tənqidi hücumlar etməyə icazə versə də, o, rus tərəfdaşları üçün məqbul bir fiqur olaraq qalıb.
Eyni zamanda, nəşrin mənbələri iddia edir ki, qatı rusofob olan Rubinyan Türkiyə-Azərbaycan tandeminin maraqları üçün  vasitəçiyə çevriləcək.

“Vətəndaş Müqaviləsi” partiyası Alen Simonyanın yeni parlamentə adi deputat kimi daxil olmayacağına əmindir. Əvvəla, mənbələr onun komandadan və şəxsən Nikol Paşinyandan son dərəcə incidiyini deyir.

Seçkilərdən sonra, partiya idarə heyətinin iclasında, deyilənə görə, o, emosiyalarını gizlədə bilməyib və tez bir zamanda “Vətəndaş Müqaviləsi”nin ofisini tərk edərək partiya yoldaşlarına aşağıdakı ifadəni işlədib: “Bax, çox səmimisiniz”. 

İkincisi, Simonyan tam müddətə xidmət edən ilk parlament spikeri olub. Ona görə də dövlət onun təhlükəsizliyini təmin etməyə borcludur. 

Nəşr qeyd edir ki, dövlət himayəsindən istifadə etməyə davam etdiyi halda, onun üçün adi bir deputatın yerini tutmaq çətin olacaq.

Əgər o, parlamentdə qalsa, bu, yalnız Paşinyanın ciddi təzyiqi və müəyyən vədlər müqabilində olacaq. Milli Məclisin daimi komitələrinin sədrlərinin və müavinlərinin seçilməsinə gəldikdə isə son göstərişləri Paşinyan versə də, bu məsələ çox güman ki, parlament fraksiyasının səlahiyyətinə buraxılacaq”, - Hraparak belə yazır.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 İyul 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri