Ermənistanda müxalifət lideri Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanda məhkəmə müxalif "Ana Ermənistan" Partiyasının lideri, parlament seçkilərində "Çiçəklənən Ermənistan" Partiyasından deputatlığa namizəd olmuş Andranik Tevanyanın həbs müddətini daha iki ay uzadıb.
TASS Agentliyi xəbər verir ki, bu barədə məhkəmə binası qarşısında jurnalistlərə Tevanyanın vəkili Sergey Marabyan məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə Tevanyanın həbsdə saxlanılmasının daha iki ay davam etdirilməsi barədə qərar qəbul edib. O bildirib ki, məhkəmə eyni zamanda Tevanyanın tibbi yardım almaq hüququnu tanıyıb və istintaq orqanlarını onun müalicə aldığı mülki xəstəxanada həkimləri tərəfindən tibbi xidmətlə təmin edilməsini təşkil etməyə öhdəlikli edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 20-də Vanadzorda keçirdiyi seçkiqabağı təşviqat tədbirində keçmiş deputat Andranik Tevanyanın dövlətə xəyanət etdiyini iddia etmiş və bu barədə məlumatın Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən İstintaq Komitəsinə təqdim ediləcəyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 İyul 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















