Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Ermənistanda seçkiöncəsi siyasi mənzərə: Kim kimdir?

Ermənistanda seçkiöncəsi siyasi mənzərə: Kim kimdir?

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Məlum olduğu kimi, bu ilin iyun ayının 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, aprelin sonuna qədər qeydiyyat müddəti olduğu üçün bəzi siyasi partiyalar və müstəqil siyasətçilər seçkilərdə iştirak edəcəklərini açıqlayıb.
Qeyd edək ki, Ermənistan qanunlarına görə, siyasi partiyaların parlamentə daxil olması üçün ən azı beş faiz səs toplaması tələb olunur.
Ermənistan mətbuatında yer alan məlumatlara görə bu günə kimi seçkidə iştirak edəcəyini açıqlayan şəxslər (siyasi qruplar) bunlar olub:
– Samvel Karapetyan hazırda ev dustaqlığında olan rusiyalı-erməni milyarder, Ermənistanın enerji sektoru ilə bağlı olan “Tashir Group”un sahibidir. Karapetyanın konqlomeratı əsasən Rusiyada yerləşir və tikinti, enerji və pərakəndə sektorlarında geniş aktivləri əhatə edir. O, təxminən 3 milyard dollar sərvətlə “Forbes” tərəfindən mütəmadi olaraq Rusiyanın ən varlı şəxsləri sırasında göstərilir.
Ötən ilin iyununda o, Ermənistan Apostol Kilsəsini müdafiə etdiyi müsahibədən sonra həbs edilib. İstintaq orqanları onun açıqlamalarının hökuməti devirməyə və konstitusion quruluşu sarsıtmağa çağırış olduğunu iddia edir. Karapetyan ittihamları rədd edir. Onun saxlanılmasından qısa müddət sonra hökumət ona məxsus şirkətlərin milliləşdirilməsi prosesinə başlayıb və şirkətinin fəaliyyət lisenziyasını ləğv edib, bu proses hələ də davam edir.
Həbsindən sonra Karapetyan siyasi komanda formalaşdırmağa başlayıb və “Bizim Yol” partiyasını yaradıb. Karapetyan ev dustaqlığında olduğu üçün ictimai təşkilatlanmanın böyük hissəsini qohumları həyata keçirir. İkili Rusiya-Ermənistan vətəndaşı olduğu üçün seçkilərdə namizəd ola bilmir, lakin partiyanın baş nazir namizədi kimi təqdim olunub. Karapetyan Rusiya ilə sıx münasibətlərin qorunmasını dəstəkləyən fiqur hesab olunur.
– 1998–2008-ci illərdə Ermənistanın prezidenti olmuş Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan Alyansı” koalisiyası parlamentdə ən böyük müxalif blokdur və sonuncu parlament seçkilərində səslərin 21 faizini qazanaraq 107 yerdən 28-ni əldə edib.
Koçaryan hakimiyyətdə olduğu dövrdə geniş korrupsiya iddiaları ilə bağlı mübahisəli fiqur hesab olunur. O, həmçinin 10 nəfərin ölümü ilə nəticələnən etirazların zorakılıqla dağıdılması ilə yadda qalıb. Müşahidəçilər bildirirlər ki, insanlar Koçaryanın geri dönüşündən narahat olduqları üçün 2021-ci ildə Baş nazir Nikol Paşinyana səs veriblər. Onların fikrincə, oxşar ssenari qarşıdan gələn seçkilərdə də mümkündür. Paşinyanın onu hüquqi yolla məsuliyyətə cəlb etmək cəhdlərinə baxmayaraq, bunların heç biri uğurlu olmayıb.
Koçaryan Paşinyan dövründə zədələndiyini iddia etdiyi Rusiya ilə yaxın strateji münasibətlərin dərhal bərpasına çağırıb. O, həmçinin ABŞ tərəfindən dəstəklənən Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin ölkə üçün ciddi təhlükəsizlik riski olduğunu bildirib. Həm Karapetyan, həm də Koçaryan açıq şəkildə Rusiyayönlü düşərgədə olduqları üçün eyni seçici bazasına müraciət edirlər və əgər koalisiya qurmasalar, bu vəziyyət Paşinyanın xeyrinə işləyə bilər.
– Tanınmış oliqarx olan Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 2007-ci ildə parlamentə daxil olanda hakim koalisiyanın bir hissəsi olub. Lakin 2012-ci ildə koalisiyadan ayrılıb. Müşahidəçilər bildirirlər ki, Tsarukyan seçkiləri qazanmaq üçün kifayət qədər dəstəyə malik olmasa da, doğma regionu Kotaykda olan bazası ona parlamentə daxil olmaq üçün yetərli səs qazandıra bilər.
– “Birliyin qanadları” adlı siyası qrupun rəhbəri olan Arman Tatoyan keçmiş prezident Serj Sarkisyan tərəfindən təyin olunmuş Ermənistanın keçmiş ombudsmanıdır. O, son illərdə hakim “Mülki Müqavilə”  partiyasının əsas tənqidçisidir. O, bütün keçmiş prezidentləri seçkilərdən kənarda qalmağa çağıraraq, özünü mövcud hakimiyyət və köhnə elita arasında real “üçüncü qüvvə” kimi təqdim etmək istəyir. Siyasi baxımdan o, açıq şəkildə Qərbyönlü mövqe tutur, o cümlədən TRIPP razılaşmasına açıq dəstək verir. Bundan əlavə, xarici siyasət və müdafiə məsələlərində sərt mövqe nümayiş etdirir.
Onun üçün əsas sual kampaniya zamanı daha yaxşı maliyyələşdirilən rəqiblər qarşısında irəliləyə biləcək resurslara sahib olub-olmamasıdır. Hakim partiya onu keçmiş prezident Serj Sarkisyanın “ön cəbhəsi” kimi təqdim etməyə çalışır.
– Aram Sarkisyan 1999-cu ildə qardaşı general Vazgen Sarkisyanın sui-qəsd nəticəsində öldürülməsindən sonra Ermənistanın baş nazir olub. Onun rəhbərlik etdiyi “Respublika Partyası” açıq şəkildə Qərbyönlü, Rusiyaya qarşı müxalifət kimi çıxış edir. Əksər analitiklər “Respublika Partyası”nın parlamentə daxil olmaq üçün lazım olan beş faiz həddini keçəcəyinə şübhə ilə yanaşır.
– “Ana Ermənistan” partiyası Andranik Tevanyan tərəfindən 2023-cü ildə Koçaryana yaxın “Ermənistan Alyansı” blokundakı mandatından istefa verdikdən sonra yaradılıb. Partiya daha sonra Yerevan bələdiyyə seçkilərində iştirak edərək 15 faiz səs və şurada 12 yer qazanıb. Həmçinin Gümrü və Vağarşapat şuralarında da bir neçə yer əldə edib. Tevanyan Paşinyana qəti şəkildə qarşıdır və partiyası açıq Rusiyayönlü mövqe tutur.
– “Mən hamıya qarşıyam” adlı yeni yaradılan bu qrupun məqsədi yalnız 100 gün hakimiyyətdə qalmaq, bu müddətdə seçki sistemini dəyişdirmək və sonra yeni seçki keçirməkdir. Yeni siyasi qrup ölkədə kifayət qədər tanınmayan bir qrup gənc tərəfindən təsis olunub. Onların əksəriyyəti 2020-ci ildə baş tutan 44 günlük müharibənin iştirakçılardır. Ekspertlər belə hesab edirlər ki, bu qrup həm hakimiyyətdən, həm də ənənəvi müxalifətdən narazı olan seçicilərin böyük hissəsinə təsir edə bilər.
– Ermənistan Milli Konqresi ölkənin ilk prezident Levon Ter-Petrosyanın partiyasıdır. Əsasən Paşinyana qarşı mövqe tutan partiyanın parlamentə düşmək üçün tələb olunan səs həddini keçəcəyi gözlənilmir. Müşahidəçilər bildirir ki, bu partiyanın sədri olan Levon Zurabyan uğur şansını artırmaq üçün daha güclü müxalif partiyalardan biri ilə koalisiyaya qoşula bilər.
– Artıq səkkiz ilə yaxın hakimiyyətdə olan Nikol Paşinyanın populyarlığı 2018-ci ildə uğurlu “Məxməri İnqilab”dan sonra yaranmış coşqu ilə müqayisədə xeyli azalıb. Müşahidəçilər bildirirlər ki, onun seçki strategiyası səsverməni öz hakimiyyəti ilə ölkənin ən qeyri-populyar qüvvələri – o cümlədən keçmiş prezident Koçaryan və digər Rusiyayönlü qüvvələr arasında seçim kimi təqdim etmək olacaq.
Paşinyan kampaniyasını Azərbaycanla sülh münasibətlərinin normallaşdırılması prosesi üzərində quracaq. Bildirilir ki, bu proses Ağ Evdə imzalanmış Vaşinqton Bəyannaməsi ilə güclənib. O, həmçinin iqtisadi artım və Ermənistanın Rusiyadan tədricən uzaqlaşmasını ön plana çıxaracaq. Hakimiyyətin səsverməyə təsir etmək üçün öz resurslarından nə dərəcədə istifadə edəcəyi isə aydın deyil.
Gözlənilir ki, Rusiya Paşinyanı məğlub etmək üçün öz təsir imkanlarından istifadə edəcək. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yaxın zamanda “üçüncü ölkələrdən gələn hibrid təhdidlər”i bu seçki ilində ölkənin üzləşdiyi ən böyük risk kimi xarakterizə edib.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 Fevral 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri