Icma.az
close
up
RU
Ermənistanda separatçiların bütün izləri SİLİNİR

Ermənistanda separatçiların bütün izləri SİLİNİR

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ermənistan Baş Prokurorluğu qondarma Dağlıq Qarabağ hökumətinin mülkiyyət hüquqlarının İrəvanda dövlət qeydiyyatının etibarsız sayılması tələbi ilə Kadastr Komitəsinə qarşı məhkəmə iddiası qaldırıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, iddia ərizəsində bildirilir ki, Baş Prokurorluq “Artsax”ın İrəvandakı daimi nümayəndəliyinin binasının geri qaytarılmasını tələb edir. 

“Prokurorluq tələb edir ki, İrəvan şəhəri, N.Zaryan küçəsi, bina 17A, Ərəbkir icması ünvanında yerləşən binaya DQR hökumətinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı etibarsız hesab edilsin”,-deyə iddia ərizəsində qeyd olunur. 

Xatırladaq ki, uydurma rejimin İrəvandakı nümayəndəliyinin ləğvi ilə bağlı Ermənistan hökuməti və separatçılar arasında əvvəllər də qarşıdurma yaranıb. Hələ 2023-cü ilin oktyabr ayında cinayətkar rejimin nümayəndələrinin bir qrup üzvü qaçaraq Ermənistanda gizləndikdən sonra Baş nazir Nikol Paşinyanın İrəvandakı “Artsaxın nümayəndəliyi”ni və “Artsaxın operativ qərargahı”nı ləğv etmək qərarına gəldiyi barədə məlumatlar yayılmışdı. 

Bu ilin aprel ayında isə “Qarabağ hökuməti”nin İrəvandakı nümayəndəliyinin binası Ermənistan hökumətinin sərəncamına verilmişdi. Hərbi cinayətlərdə ittiham edilən və hazırda Bakıda mühakimə edilən erməniəsilli Arayik Arutyunyan 5 il əvvəl binanı 800 min dollar məbləğində “Artsaxbank”a girov qoyduğu bildirilir. 

Ermənistanın mövcud qanunvericiliyinə görə, bina hələ də girov predmeti olmaqda davam etdiyindən əmlaka olan hüquqlar dövlətə verilib. Əgər məhkəmə Baş prokurorluğun iddiasını təmin edərsə ləğv edilmiş qondarma rejimin Ermənistandakı fəaliyyətinin qarşısı alınacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri