Ermənistanda siyasi qüvvələrdən biri seçki yarışından geri çəkilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 26 may, AZƏRTAC
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) sabiq deputat Tiqran Urixanyanın rəhbərlik etdiyi mütərəqqi-mərkəzçi “Alyans” partiyasının qarşıdakı parlament seçkilərində iştirak üçün qeydiyyatını ləğv edib.
AZƏRTAC xəbər verir ki, MSK mətbuat xidmətinin sosial şəbəkədə yayılan məlumatına görə, müvafiq qərar partiyanın mayın 25-də etdiyi müraciət əsasında qəbul olunub. “Alyans” partiyasının sədri Tiqran Urixanyan bir müddət əvvəl Ermənistan İctimai Televiziyasının efirində bildirmişdi ki, seçkidə 4 faiz həddini keçmək imkanı olmayan partiyalar var. Bununla belə, onların hamısı hazırkı Baş nazir Nikol Paşinyanın qələbəsi üçün lazım olan səsləri təmin etmək məqsədilə seçkiqabağı yarışda qalır.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə iştirak üçün MSK-ya 19 siyasi qüvvə - 17 partiya və 2 partiya bloku müraciət edib. Siyahıda Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası, Robert Köçəryanın “Hayastan” bloku və Narek Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku da yer alır.
Baxış sayı:111
Bu xəbər 26 May 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















