Ermənistanda terror törədib hakimiyyətə gəlmək istəyən keşiş saxlanıldı YENİLƏNİB
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanda terrorla hakimiyyəti ələ keçirməyə çalışan keşiş Baqrat Qalstanyan saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb.
***
10:17
Ermənistanda hakimiyyətin ələ keçirilməsinə cəhd edilib.
Lent.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Müqəddəs Mübarizə” hərəkatının lideri Baqrat Qalstanyan, eləcə də onun tərəfdarları terror aktları törətmək və konstitusiyaya zidd yolla hakimiyyəti ələ keçirmək niyyətində şübhəli bilinir.
İstintaq Komitəsinin məlumatına görə, qanuni yolla hakimiyyət dəyişikliyinə nail ola bilməyən Qalstanyan 2024-cü ilin noyabrında zorakılıq aksiyalarına hazırlaşmağa başlayıb.
Departamentin açıqlamasına görə, Qalstanyan bir sıra tərəfdarları ilə əlbir olaraq zorakı hərəkətlərə, o cümlədən avadanlıqların alınmasına və terror fəaliyyətinə hazırlıq və hakimiyyətin ələ keçirilməsi kimi qiymətləndirilə biləcək şəraitin yaradılmasına hazırlaşmağa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 25 İyun 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















