Icma.az
close
up
RU
Ermənistandakı seçkilərdə azərbaycanlı müşahidəçilər olacaq? AÇIQLAMA

Ermənistandakı seçkilərdə azərbaycanlı müşahidəçilər olacaq? AÇIQLAMA

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Beynəlxalq müşahidəçilik institutu kifayət qədər mürəkkəb mexanizmdir. Burada müxtəlif formatlar mümkündür. Müşahidəçilər beynəlxalq təşkilatlar çərçivəsində, ikitərəfli razılaşmalar əsasında və ya vətəndaş cəmiyyəti xətti ilə iştirak edə bilərlər”.

Bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

O, Azərbaycan müşahidə heyətinin Ermənistanda 7 iyun tarixində keçiriləcək seçkilərdə iştirakı ehtimalı ilə bağlı Modern.az-ın sualına cavabında qeud edib ki, hazırda iki ölkə arasında sülhə dəstək və qarşılıqlı etimadın yaranması üçün müxtəlif istiqamətlərdə proseslər gedir:

“Parlament rəhbərləri, qeyri-hökumət təşkilatları və ekspertlər səviyyəsində də təmaslar davam edir, parlament spikerləri dəfələrlə görüşüblər".

Deputat hesab edir ki, bütün bunlar bölgədə etimad mühitinin formalaşdırılmasına xidmət edir.

F.İsmayılzadə onu da nəzərə çatdırıb ki, Ermənistanda seçkilərlə bağlı müşahidə mexanizmlərinə hansı formatın tətbiq ediləcəyini indidən söyləmək çətindir:

“Bu prosesdə yalnız deputatlar deyil, bəzi hallarda Mərkəzi Seçki Komissiyalarının nümayəndələri və digər ekspertlər də iştirak edir. Hansı modelin seçiləcəyi barədə indidən konkret fikir bildirmək mümkün deyil”.

Dəyirmi masada Rusiyanın regiondakı mövqeyinə də toxunulub. Belə ki, F.İsmayılzadə qeyd edib ki, Moskva Cənubi Qafqazdakı proseslərə xüsusi əhəmiyyət verir:

“Rusiya üçün Cənubi Qafqaz strateji bölgə hesab olunur. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri də son açıqlamalarında regionun Moskva üçün həyati əhəmiyyət daşıdığını vurğulayıblar”.

O bildirib ki, Zəngəzur dəhlizi və yeni nəqliyyat marşrutları regionda tamamilə yeni reallıq yaradır:

Sonda deputat vurğulayıb ki, Ermənistanın və bütövlükdə regionun gələcəyi uğrunda ciddi siyasi mübarizə gedir:

“Bu gün Ermənistanın gələcəyi və regionun siyasi istiqaməti uğrunda böyük mübarizə aparılır. Müxtəlif qüvvələr mövcud hakimiyyətə təsir göstərməyə çalışır və təbii ki, Rusiyanın da bu prosesdə öz maraqları var”, - F.İsmayılzadə qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri