Icma.az
close
up
RU
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi Bakının cavabı

Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi Bakının cavabı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərb mediasında Azərbaycan əleyhinə qərəzli, həqiqətdən kənar yazılar artan xətlə davam edir. Rəsmi Bakı dəfələrlə bu yazıların həqiqətdən uzaq olduğunu bildirsə də, proses dayanmır. ABŞ-ın, Avropanın yalan və böhtan fabriki tam gücü ilə gecə-gündüz ölkəmizə qarşı dezinformasiya istehsal edir.

Nüfuzlu media subyektləri də bu ucuz kampaniyada alətə çevrilib. Bir müddət öncə “Washinqton Post” qəzeti Azərbaycan barədə həqiqətdən kənar məqalə dərc etmişdi. Dünyaca məşhur olan bu qəzet ciddiyyətini itirərək, siyasi oyunlarda haqsız tərəf tutur.

Bu kampaniyaya daha bir nüfuzlu Qərb nəşri olan “Politico” da öz “töhfəsini” verməkdədir. Bu media orqanı artıq anti-Azərbaycan kampaniyasının əsas ruporlarından birinə çevrilib.

Prezidentin köməkçisi Hikmət Hacıyev “Politico”da ölkəmiz əleyhinə dərc olunan yazılara münasibət bildirib. Nəşrin yalanını ifşa edib, onu üzr istəməyə çağırıb.

H.Hacıyevin sözlərinə görə, nəşrin Avropa bürosu Azərbaycandan üzr istəmək və saxta məlumatları əks etdirən məqaləsini təkzib etmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir. O, Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin (Tim McPhie) “Aİ bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır” sözünü xatırladıb və bunun doğru olduğunu vurğulayıb.

Bu cür qərəzli yanaşmaların səbəbi nədir?

Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, bəzi Qərb dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyinin uzun illərdir ki, şahidi olmuşuq:

Sahil Kərimli

“Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində daim ikili standart, ölkəmizə qarşı haqsız mövqe görmüşük. Son illərdə bu mövqe açıq-aşkar özünü büruzə verir. Bunun da bir çox səbəbləri var. Birincisi Azərbaycan dövləti daim müstəqil, milli maraqlara əsaslanan siyasət yürüdüb. Heç bir zaman Qərbin və ya Avropanın diqtəsi, təzyiqi ilə addım atmayıb. Bu təzyiqlərin qarşısında rəsmi Bakı daim qətiyyətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıqdan, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra Qərb dairələri daha da aktivləşib. Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları həzm etmək istəmirlər. Bu gün bəzi Avropa dairələri, təşkilatları, qurumları rəsmi Bakıya qarşı qarayaxma kampaniyası aparmaq siyasəti yürüdürlər”.

Politoloqun sözlərinə görə, Avropa siyasi dairələrinin əsas hədəfləri Cənubi Qafqazda gedən proseslərə ciddi nəzarət etmək, öz varlıqlarını qoruyub-saxlamaq cəhdləridir:

“Avropa siyasi dairələrinin Azərbaycana qarşı həyata keçirdiyi yaramaz siyasət dövlətimiz və xalqımız tərəfindən böyük hiddətlə qarşılanır. Əvvəlki dövrlərə də nəzər salsaq görərik ki, Avropanın bu addımları heç bir nəticə verməyib. Bu gün də nəticəsiz qalacaq. Azərbaycanın enerji, neft-qaz layihələri istiqamətində də Qərb haqsız mövqe tutur. Ölkəmiz Avropanın enerji təminatında əvəzedilməz rol oynadığı fonunda qarayaxma kampaniyası aparan ölkələr bunun hansı nəticələr verə biləcəyini yaxşı hesablamalıdırlar”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri