Icma.az
close
up
RU
Ermənistanı aktiv münaqişəyə hazırlayırlar: Təxribatlar rəsmi İrəvana baha başa gələ bilər

Ermənistanı aktiv münaqişəyə hazırlayırlar: Təxribatlar rəsmi İrəvana baha başa gələ bilər

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

 “Ermənistan və Azərbaycan şərti sərhədlərində erməni silahlı qüvvələri tərəfindən törədilən təxribatların əsas səbəbi Avropa İttifaqı "müşahidə missiyası"nın fəaliyyətinin davam etdirilməsinin "zərurətini" ortaya qoymaq cəhdləridir”.

Bunu Bakıvaxtı.az-a deputat Naqif  Həmzəyev Azərbaycan Ordusunun mövqelərinini atəşə tutulmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, faktiki olaraq Ermənistan tərəfi bilir ki, şərti sərhədlərdə hər hansı təxribat və ya qarşıdurma olmayacağı təqdirdə Aİ-nin "müşahidə missiyası"nın hesabatına yazmağa heç nə olmayacaq:

"Məhz Aİ missiyasının öz fəaliyyətini davam etdirməsini, Ermənistan ərazisində daha çox qalmasını rəsmiləşdirmək üçün süni təxribalara, gərginliklərə ehtiyac var. İstənilən halda, Ermənistan tərəfi bu günə qədər törətdiyi bütün təxribatlara görə məsuliyyət daşıyır və mütləq cavabını alacaq. Əgər təxribatlar Azərbaycana təhdid doğurarsa, təbii ki, lazımi tədbirlər tərəddüd etmədən görüləcək. Məsələ ondadır ki, Ermənistanı silahlandıran, onları cəsarətləndirən beynəlxalq güclər, İrəvanın havadarı olan dövlətlər də bu cür təxribatların törədilməsində maraqlıdırlar. Onlar Cənubi Qafqazda sülhün əldə olunmasını istəmirlər. Elə bu səbəbdən Ermənistanı süni şəkildə silahlandırır, Azərbaycanla aktiv münaqişəyə hazırlayırlar. Ermənistan hökuməti sülh açıqlamalarında səmimidirsə, o zaman atəşkəsin pozulması hallarını dərhal araşdırmalı, buna yol verənləri cəzalandırmalıdır. Qalib Azərbaycanla güc və təhdid dilə danışmaq faydasızdır və heç bir mənası yoxdur. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında sülh sənədinin imzalanmasının vaxtı çoxdan çatıb".

Naqif Həmzəyev: Qalib Azərbaycanla güc və təhdid dilə danışmaq faydasızdır və heç bir mənası yoxdur

Deputat vurğulayıb ki, Ermənistan tərəfi Avropa İttifaqının "müşahidə missiyası"nın fəaliyyətini dayandırmalı, Azərbaycana qarşı ərazi iddialarından tamamilə əl çəkməli, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi mövqe ortaya qoymalıdır:

"Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməməlidir. Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaq və orada yaşamaq hüquqları bərpa edilməlidir. Ermənistan öz öhdəlikləri yerinə yetirməlidir ki, qısa zamanda sülhün əldə olunması mümkün olsun. Əks təqdirdə hər ötən gün Ermənistanın əleyhinə işləyir və bu cür təxribatlar Ermənistana baha başa gələ bilər. Daxili auditoriya və beynəlxalq ictimaiyyətə hesablanmış açıqlamalar nəticə etibarilə Ermənistanın qeyri-səmimi olduğunu ortaya qoymaqdadır".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri