Icma.az
close
up
RU
Ermənistanı elə belə yaratmayıblar POLİTOLOQ ŞƏRH ETDİ

Ermənistanı elə belə yaratmayıblar POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ermənistanın ümumiyyətlə dünya xəritəsində peyda olması, bu ölkənin yaradılması məhz xarici, xüsusilə xristian dövlətlərinin qüvvələri ilə irəli sürülmüş bir təşəbbüs idi. Bu ölkəni elə-belə yaratmayıblar. Bu ölkə yalnız türk-müsəlman dünyasının göbəyində yer almaqla artıq neçə illərdir, hətta bir-iki əsrdir ki, burada dağıdıcı, pozucu rolunu oynayır. Ermənistanın təyinatı da məhz budur. Yəni, onu ona görə yaradıblar ki, bu, elə "maşa" kimi onların sifarişlərini yerinə yetirsinlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, hal-hazırda Ermənistanın bu funksiyası bir az da gücləndirilməyə doğru gedir. Çünki Gürcüstanı Qərb ələ ala bilmədi.Gürcüstanda keçirilən son seçkilərdə Qərbin institutları orada dəhşətli şəkildə biabır oldular, məğlub oldular: "Ona görə də indi Ermənistan yeganə vasitə və yeganə açardır ki, onun əli ilə burada proseslərdə əngəllər yarada bilsinlər. Belə baxanda, sülh kimə mane olur. Əksinə, əgər erməni xalqı inkişaf etmək istəyirsə, onun institutları ayağa qalxmaq istəyirsə, onlar gərək sülhdən istifadə etsinlər. Onlar gərək ilk növbədə sülh uğrunda gedən mübarizənin qalibinə çevrilsinlər. Müharibəni uduzdular bəli, çünki Azərbaycan haqq tərəfində idi, Azərbaycan güclü idi və öz sözünü demişdi. Onlar sülhdən imtina etdilər, kompromis axtarışını rədd etdilər, ona görə də paylarını aldılar. Amma sülh uğrunda gedən mübarizədə Ermənistan uduzsa, bu, faktiki olaraq onların dövlətçiliyinin sonuna aparan bir yola çevriləcək. Çünki bu, qaçılmazdır. Yəni, bölgədə olub, bölgə ilə savaşa daim qatılmaq ağlasığmaz bir seçimdir. Tarixə baxsaq, görərik ki, əslində Ermənistan ən azı dörd dəfə böyük miqyaslı müharibələri bölgəmizdə meydana gətirib çıxarıb və hamısında da həm biabır olub, həm də uduzub. Son Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi də buna bariz bir təsdiqdir ki, bəli, Ermənistan həddini aşmamalıdır.

Əgər siz köçəri millət olaraq gəlib burada peyda olmuşsunuzsa, yerli əhali ilə dil tapmalısınız. Bu bütün zamanlar, bütün millət və toplumlar üçün bir qanundur, qaçılmaz qanundur. Ona görə də Ermənistan çox böyük riskləri meydana gətirməklə sifarişləri həyata keçirir. Amma indi onun arxasında duran Fransa, xüsusilə o da yavaş-yavaş geri çəkilir. Çünki Fransa, bildiyiniz kimi, Suriyada məğlub oldu, Türkiyənin qarşısında tab gətirə bilmədi və həm də bu, Fransanın Ermənistana olan diqqətinin və dəstəyinin zəifləməsinə gətirib çıxara biləcək bir amildir.

Azərbaycanın təqdim etdiyi sülh planı əlbəttə ki, ən yaxşı çıxış yoludur həm bizim üçün, həm də Ermənistan üçün. Digər tərəfdən də təhlükəsizliyin qorunmasının ən münasib, ən normal yolu o danışıq, dialoq və əməkdaşlıqdan keçir. Biz bunu Ermənistana təklif edirik.

Əgər Ermənistan, həqiqətən də, Nikol Paşinyanın dediyi kimi, mifik ölkədən real ölkəyə çevrilmək istəyirsə, gərək bizim bu təklifimizi iki əlli dəstəkləsin, bütün ürəklə ona tərəf getsin. Mən əlbəttə düşünürəm ki, prinsip etibarilə artıq Ermənistan bütün alternativlərin hamısını yoxladıqdan sonra görür ki, artıq çarəsiz qalır və onun yeganə çıxış yolu Azərbaycanın sağlam, praqmatik, rasional yanaşması ilə, planı ilə barışmaq və razılaşmaqdır.

O, bunu istəyir, amma bunu etməyə qoymayan qüvvələr var. Bu, həm ABŞ siyasi dairələridir, həm lobi dairələridir, digər tərəfdən diaspor strukturlarıdır və nəhayət, Erməni kilsəsidir. Bu Erməni kilsəsi demək olar ki, Erməni xalqının axına qarşı çıxacaq bir instituta çevrilir. Çünki kilsə əgər Allaha çağırışlar edirsə, o, niyə gərək qarşıdurmanı, zorakılığı, barbarlığı təbliğ etsin? Amma çox təəssüf ki, bu kilsənin özünə məxsus belə əcayib və anlaşılmaz təyinatı var. Beləliklə, artıq erməni xalqı gərək özü seçsin ki, onları həmişə oda salan kimdir və o oddan da uzaqlaşsınlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 May 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri