Icma.az
close
up
RU
Ermənistanı gözləyən “qisas”: İran və Rusiya geri çəkildi, Azərbaycan isə…

Ermənistanı gözləyən “qisas”: İran və Rusiya geri çəkildi, Azərbaycan isə…

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan mətbuatı son proseslər və ABŞ-ın yeni hökumətinin açıqlamaları fonunda Vaşinqtona ümidlərin özünü doğrultmadığını yazır. Belə ki, ABŞ Prezidenti Donald Tramp və komandasının Ukrayna Prezidenti Volodimir Zelenskinin seçkilərdə demokratları dəstəkləməsini irad tutması bir növ İrəvana mesaj kimi dəyərləndirilir. Baş nazir Nikol Paşinyanın da Zelenski kimi əvvəlcə Co Baydenin, daha sonra Kamala Harrisin namizədliyini dəstəkləməsinə diqqət çəkilir. Ağ Ev rəhbərinin bunu unutmadığı, məhz ona görə Ermənistan hökumətini cəzalandıra biləcəyi iddia olunur.

Hətta ABŞ-da erməni lobbisinin güclü olmasına baxmayaraq, əvvəlki hökumətin dövründə imzalanan sənədlərin gözardı edilə biləcəyinə dair İrəvan hökumətində narahatlıq yaranıb. Paralel olaraq Paşinyanın Londona elçiləri göndərərək Britaniya hakimiyyətinin dəstəyini qazanmağa çalışdığına dair məlumatlar yayılıb. Trampın hazırda Ukrayna prezidenti vəzifəsində Zeleskini başqa biri ilə əvəzləməyə çalışdığı, Ermənistan üçün də eyni ssenarinin tətbiq oluna biləcəyi iddia edilir.

Paşinyanı da Zelenskinin aqibəti gözləyə bilər? ABŞ hökuməti Ukrayna ilə bağlı yanaşmasını Ermənistan üçün də tətbiq edə bilərmi?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Cənubi Qafqazda Azərbaycanı çıxmaq şərtilə Gürcüstan və Ermənistan Donald Trampın prezidentliyinə tamamilə fərqli şəraitdə yaxalandılar:

“Avroatlantik sistemə inteqrasiya xəttini təhlükəsizlik narahatlıqları ilə əvəz edən Tbilisi prosesdə Qərblə qarşıdurmaya, Rusiyanı sakitləşdirməyə yönələn sistemə üstünlük verir. Bununla belə, Gürcüstan üçün risklər Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi sayəsində aradan qalxmaqdadır. Yəni, bu ölkə Donald Trampın mövqelərinin ifadəsinə qarşı neytrallıq statusu ilə immunitet qazanır.

Ermənistan hakimiyyəti isə ABŞ demokratlarına dəstək verdi. İndi Donald Tramp şəxsi qisasını dövlət siyasəti səviyyəsinə gətirmək üçün İrəvanı cəzalandıra bilər. Bundan başqa, onsuz da Trampın sistemli təhlükəsizlik və suverenlik böhranı ilə üzləşəcəyi ehtimal olunan Ermənistana strateji diqqət ayıracağı sual altında idi.

Hazırda İrəvanın Tramp administrasiyasından əsas gözləntisi heç olmasa regional status-kvonun saxlanılması və Azərbaycanın güc tətbiq etməyəcəyinə dair zəmanətlərin əldə edilməsi istiqamətindədir.

Ermənistanın istinad nöqtəsi Co Bayden administrasiyası ilə son günlərində imzalanan ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyasıdır. Lakin cənab Trampın bu saziş ətrafındakı fikirləri nəzərə çarpmır. Ona görə də, Ağ Evin Ermənistanın təhlükəsizlik axtarışlarına ciddi yanaşacağı gözləntiləri aradan qalxır”.


Aqşin Kərimov

Analitikin sözlərinə görə, Azərbaycanın Ermənistanı sülh müqaviləsi imzalaması üçün şərtlər seriyasını genişləndirməsinə beynəlxalq və regional şərait imkanı yaradır:

“Həm də ona görə ki, ABŞ Cənubi Qafqaz regionunu Rusiyaya məhdud güzəşt sahəsi kimi tanımağa hazır imiş kimi görünür. Belə olan təqdirdə, Vaşinqtonun İrəvana görə Moskva ilə geosiyasi qarşıdurmaya gedəcəyi ehtimalı azdır. Lakin Rusiya da geosiyasi imperativlərini Cənubi Qafqazda bərkitmək üçün əlavə təhlükəli gündəlik yarada bilər. Burada Azərbaycanı qoruyacaq güclü müdafiə mexanizmləri mövcuddur. Bakının Ankara ilə strateji ittifaq fonunda əlavə müttəfiqlik və tərəfdaşlıq qura bilmək qabiliyyətləri və regional çəkindiricilik üçün Silahlı Qüvvələrini ən üst səviyyəyə qədər təkmilləşdirməsi mümkündür.

Ən əsası isə odur ki, Azərbaycan daha geniş strateji təşəbbüslərlə çıxış edir. Bakı Cənubi Qafqazla bərabər Yaxın Şərq, Avropa, Mərkəzi Asiyada fəal iştirak etməklə uzunmüddətli təhlükəsizliyini təmin etmiş olur.

Digər tərəfdən Azərbaycan sərhəddə Ermənistanın dərinliklərini nəzarətdə saxlayan mövqelərdə dayanır. Bu, Ermənistanın genişmiqyaslı təxribatları zamanı ölkəmizə həm hərbi, həm də kəşfiyyat cəhətdən dərinliklərdə əməliyyatlar aparması imkanları tanıyır”.

A.Kərimov bildirib ki, Azərbaycan tədricən İranı onun müttəfiqi olan Ermənistandan ayırır:

“Yaxın Şərqdə yorğun düşmüş Tehran artıq İrəvanın təhlükəsizlik zəmanətçisi kimi çıxış edə bilmir. İran hökumətinin belə yanaşmasına ABŞ-Azərbaycan əlaqələrindəki təhlükəsizlik maraqları, Moskvanın Tehrana görə Bakı ilə əlaqələri pisləşdirməmək zərurətləri də təsir göstərir.

Deməli, ABŞ məntiqlə regionda ən sərfəli və üstün mövqedə olan Azərbaycanla yeni səviyyələrdə fəaliyyət göstərməyi uyğun sayacaq. Hərçənd ki, Vaşinqtonun regional və qlobal hegemoniyası ilə əlaqədar prioritetləri sıradan çıxmayıb.

Paşinyanın həmin prioritetləri Co Bayden administrasiyasının hekayələri ilə uyğunlaşdırmaqdan ötrü Böyük Britaniyaya müraciət etməsi mümkündür. Lakin bir məsələ var, Böyük Britaniya Azərbaycanın və Türkiyənin strateji tərəfdaşı qismindədir. Bu, əlaqələr hətta Bayden administrasiyası dövründə daha da inkişaf edib. O baxımdan Londonun İrəvan üçün Donald Trampa ağız açması real səslənmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Mart 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri