Icma.az
close
up
RU
Paşinyan müharibə tarixini açıqladı Ermənistanı savaşa kimlər sürükləyir?

Paşinyan müharibə tarixini açıqladı Ermənistanı savaşa kimlər sürükləyir?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar daxili siyasi mübarizə fonunda müharibə ritorikası yenidən gündəmə gəlib. Əvvəlcə erməni baş nazir Nikol Paşinyan iyun ayında keçiriləcək parlament seçkilərində müxalifətin qalib gələrək hakimiyyətə gələcəyi halda Azərbaycanla yeni müharibə riskinin yarana biləcəyini deyib. O hətta bunun üçün konkret olaraq cari ilin sentyabr ayını da tarix kimi göstərib.
Bütün bunlar ölkə daxilində həm siyasi, həm də ictimai müzakirələri alovlandırıb
Hökumət başçısına cavab gecikməyib. Son olaraq, ölkənin sabiq prezidenti Serj Sərkisyan Nikol Paşinyanın mümkün müharibə ilə bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib. Revanşist qüvvələrin liderlərindən sayılan Sərkisyan iddiaların əsassız olduğunu bildirib. Onun “nə gəldi danışırlar” kimi ifadələrlə çıxış etməsi İrəvanda siyasi ritorikanın getdikcə daha da kəskinləşdiyini göstərir.
Bu bəyanatlar real təhlükənin göstəricisidir, yoxsa seçkiqabağı siyasi manipulyasiyadır? Müharibə ritorikasının yenidən gündəmə gətirilməsi Ermənistan cəmiyyətinə hansı mesajı verir? Sərkisyanın sərt reaksiyasının arxasında nələr durur?
Demokrat.az xəbər verir ki, Politoloq Əli Orucov Musavat.com-a bildirdi ki, Ermənistanda seçki ərəfəsində ictimai siyasi proseslərin qızışması gözləniləndir və hakimiyyət uğrunda mübarizədə iddiaçılar cəmiyyətə fərqli mesajlar ötürməklə elektoratı öz tərəflərinə çəkməyə çalışırlar: "Təbii ki, bu prosesdə xarici faktorlar, xüsusən də, Rusiya faktoru da rol oynamaqdadır. Üzdə olan qüvvələr nisbəti Paşinyanın xeyrinə olsa da, daxili və xarici amilləri nəzərə almaqla hadisələrin rəvan getdiyini söyləmək mümkün deyil. Açığı Azərbaycanla Ermənistan arasında müharibə riskini real hesab etmirəm. Doğrudur, gərginliklər və müəyyən təhriklərin baş verəcəyi istisna edilmir. Çünki, regionda və dünyada baş verən sürətli dəyişikliklər təzyiqləri artırsa da, bunun yenidən müharibəyə çevriləcəyini şərtləndirmir. Mövcud durum İrəvanın tam əleyhinədir. Əgər revanşistlər xam xəyallara və əvəz çıxma iddialarına düşsələr, bu Ermənistanın gələcəyini şübhə altına salar. Ancaq revaşistlərin bəzi hallarda sərt ritorikalarına və davakar ambisiyalarına baxmayaraq onların təbliğat vasitələrinin ana xətlərini məncə bunlar tutmayacaq. Həm də ona görə ki, erməni cəmiyyətinin böyük çoxluğu müharibə və yeni gərginlik ocağına qarşıdır".
Politoloq hesab edir ki, keçmiş prezidentlər- Levon-Ter Petrosyon, Köçəryan və Sərkisyan erməni cəmiyyətində geniş dəstəyə malik deyil və onların imicləri kifayət qədər mənfidir. Ona görə də, hətta Kremlin açıq dəstəyinə rəğmən onların heç biri Paşinyana ciddi rəqib ola bilmirlər. Ermənistan və Azərbaycan arasında demək olar ki, sülh əldə olunub, nəqliyyat xətləri açılır, iqtisadi ticari əlaqələrin qurulmasının konturları ətrafında intensiv müzakirələr gedir. Zənn etmirəm ki, Sərkisyan yaxud Köçəryanın başlanan bu əlaqələri qırmağa gücü çatsın. Zatən regional və beynəlxalq oyunçular da Cənubi Qafqazda qarşıdurmalara qarşıdır".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Mart 2026 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri