Icma.az
close
up
RU
Ermənistanı KTMT dən qovurlar Paşinyanın payızı ağır gələcək

Ermənistanı KTMT dən qovurlar Paşinyanın payızı ağır gələcək

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Moskva artıq İrəvana güzəştə getmək istəmir

Rusiya ekspert dairələrində və mediada Nikol Paşinyanın son illərdə yürütdüyü siyasətin Ermənistan üçün ciddi nəticələr doğura biləcəyi barədə fikirlər getdikcə daha açıq səsləndirilir.

Hurriyyet.Media xəbər verir ki, bu barədə “Regnum” agentliyinin təhlil yazısında deyilir.

Bildirilir ki, Moskvanın mesajı artıq təkcə KTMT ilə məhdudlaşmır. Kreml həm təhlükəsizlik, həm iqtisadiyyat, həm də Avrasiya inteqrasiyası məsələlərində İrəvana qarşı daha sərt xəttə keçdiyini nümayiş etdirir. Məqalədə vurğulanır ki, Paşinyan KTMT ilə münasibətlərdə hüquqi sənədlərdə mövcud olmayan "üzvlüyün dondurulması" modelini tətbiq etməyə çalışıb. Yəni Ermənistan təşkilatın tədbirlərində iştirak etmir, üzərinə düşən öhdəlikləri yerinə yetirmir, üzvlük haqlarını ödəmir, eyni zamanda KTMT-nin təhlükəsizlik təminatlarının qüvvədə qalmasını istəyir. Rusiyalı ekspert Nikolay Silayev bu yanaşmanı belə xarakterizə edir: Ermənistan təşkilat qarşısında heç bir öhdəlik daşımamaq, lakin digər üzvlərin ona qarşı bütün öhdəliklərini saxlamasını tələb edir.
Məqalənin əsas mesajlarından biri Rusiyanın uzun illər davam etdirdiyi güzəşt siyasətindən imtina etməsidir. Bildirilir ki, Kreml indiyədək Avrasiya inteqrasiyasını zədələməmək naminə Paşinyanın addımlarına sərt reaksiya vermirdi. Lakin artıq vəziyyət dəyişib.
Rusiyada hesab edirlər ki, Ermənistan həm Rusiyanın təhlükəsizlik çətirindən və iqtisadi imkanlarından faydalanmağa, həm də paralel olaraq Avropa İttifaqı və ABŞ-la strateji inteqrasiyanı sürətləndirməyə çalışır. Kreml isə bu "iki stulda oturmaq" siyasətini artıq qəbul etmədiyini açıq nümayiş etdirir.
Məqaləyə görə, yaxın KTMT sammitində Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması məsələsi gündəliyə çıxarıla bilər. Səbəb kimi təşkilatın fəaliyyət prinsiplərinin pozulması və üzvlük haqlarının ödənilməməsi göstərilir.

Rusiyanın xəbərdarlığı yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Moskva eyni zamanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində də yeni yanaşma nümayiş etdirir. Rusiya açıq şəkildə bildirir ki, Aİİ üzvlüyünün iqtisadi üstünlükləri sonsuz olmayacaq. Ermənistan həm Aİİ bazarının imkanlarından istifadə edib, həm də Avropa İttifaqına inteqrasiya kursunu davam etdirə bilməyəcək. Kreml hesab edir ki, İrəvan artıq geosiyasi seçim etməlidir.
Bununla yanaşı, Moskva göstərir ki, KTMT-də öhdəlikləri yerinə yetirməyən Ermənistan təşkilat daxilində malik olduğu imtiyazları da itirə bilər.
Təhlükəsizlik mexanizmlərindən birtərəfli qaydada yararlanmaq artıq mümkün olmayacaq. Üçüncü mühüm mesaj iqtisadi sahəyə aiddir. Rusiya nümayiş etdirir ki, onun bazarı, investisiyaları və iqtisadi dəstəyi artıq siyasi münasibətlərdən ayrı qiymətləndirilməyəcək. Başqa sözlə, Moskvanın yaratdığı iqtisadi imkanlardan faydalanaraq paralel şəkildə Qərbin geosiyasi layihələrində iştirak edən İrəvan əvvəlki güzəştləri gözləməməlidir. Bu yanaşma TRIPP layihəsinə münasibətdə də özünü göstərir. Rusiya mediasında iddia olunur ki, Moskva Ermənistan ərazisində dəmir yolu infrastrukturunu bərpa edib, sonradan həmin marşrutun ABŞ-nin nəzarətinə keçməsinə imkan verəcək layihələri maliyyələşdirmək niyyətində deyil.

Rusiya ekspertləri hesab edirlər ki, Moskvanın sərt mövqeyi yalnız Ermənistan üçün nəzərdə tutulmayıb. Kreml bununla Aİİ və KTMT-nin digər üzvlərinə də mesaj verir: inteqrasiya birliklərinin üstünlüklərindən istifadə edib eyni zamanda Rusiyanın geosiyasi rəqibləri ilə əməkdaşlığı genişləndirmək əvvəlki kimi nəticəsiz qalmayacaq. usiyada formalaşan ritorika göstərir ki, Kreml Ermənistanla münasibətlərdə yeni mərhələyə keçir. Bu mərhələnin əsas prinsipi isə sadədir: ya öhdəliklər, ya da imtiyazlar. Bu səbəbdən də payız aylarında keçiriləcək KTMT və Aİİ formatlı görüşlər Paşinyan hakimiyyəti üçün ciddi siyasi sınağa çevrilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Avqust 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri