Icma.az
close
up
RU
Ermənistanın yeni avantürası: Aİyə üzvlük prosesinə başlanılması

Ermənistanın yeni avantürası: Aİyə üzvlük prosesinə başlanılması

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın sponsorluq etdiyi təşkilatlarla münasibətini qətiləşdirmədən Ermənistan Avropa İttifaqının (Aİ) qapısını döymək istəyir.

Dekabrın 10-da "Ermənistan Respublikasının Avropa İttifaqında üzvlük prosesinin başlanması haqqında" qanun layihəsinin dəstəklənməsi üçün toplanan 52 min 351 imza Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. MSK imzaları təsdiqləyib.

Ermənistanın "Referendum haqqında" konstitusiya qanununa əsasən, təşəbbüs qrupunun qanun layihəsini parlamentə təqdim etməsi üçün ən azı 50 min etibarlı imza tələb olunur.

Bir müddət əvvəl 51 vətəndaş bəhs etdiyimiz qanun layihəsini dəstəkləmək üçün təşəbbüs qrupu yaratmış MSK-ya müraciət edib. Bu il sentyabrın 11-də komissiya bu vətəndaş təşəbbüsünü təsdiqləyib.

Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl bildirmişdi ki, qanunvericilik təşəbbüsü parlamentə çıxarılsa, rəhbərlik etdiyi siyasi çoxluğun referendumun keçirilməsinin əleyhinə səs verməsi məntiqsiz olardı.

Onun sözlərinə görə, Avropa İttifaqı bu prosesi mümkün sayır.

Ermənistan müxalifəti isə dəfələrlə bəyan edib ki, bu təşəbbüs yalnız daxili siyasi məqsədlər güdür və referendumun keçirilməsi heç bir halda Ermənistanı Aİ-yə yaxınlaşdırmayacaq.

Bu siyasi kampaniya Ermənistan konstitusiyasında da dəyişiklik edilməsinə şərait yaradır. Çünki referendumun nəticəsi müsbət olarsa, o halda bu məsələ ölkənin əsas qanununda təsbit olunmalıdır.

Bu ilin avqustunda ölkənin ovaxtkı ədliyyə naziri Qriqor Minasyan 2027-ci ildə konstitusiyaya dair referendum keçirilməsini planlaşdırdıqlarını bildirmişdi: "Bizə konstitusiyaya dəyişiklik etmək deyil, yeni konstitusiya lazımdır. Biz bu məsələni müzakirə etdik və konsensusa gəldik".

Ondan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan etmişdi.

Referendumda Aİ-yə üzvlük prosesinin başlamasının lehinə səs verilməsi İrəvanla Moskva arasında gərginliyi artıra bilər. Ermənistanın Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərə aydınlıq gətirməsi zərurəti yaranacaq.

Mümkün gərginliyi aradan qaldırmaq üçün Rusiyanın şərtlərinin təmin olunmasının da nəzərə alınması vacib hesab olunur. Çünki Ukrayna və Gürcüstanın Avropa İttifaqına, NATO-ya inteqrasiya istəyi bu ölkələr üçün mövcud vəziyyəti yaradıb.

Oxşar hadisələrlə üzləşməməsi üçün Ermənistan Moskvanın xeyir-duasını almalı olacaq.

Qeyd edək ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələri hələ də üzməyə nail olmayıb. O, bu istiqamətdə siyasi-diplomatik manevrlərə üstünlük verməklə vaxt udmağa yeni şəraitin yaranacağını gözləmək istəyir.

Aİ-yə üzvlük prosesinin başlamasına dair referendum Ermənistanda konstitusiya islahatını da gündəliyə gətirə, onu tezləşdirə bilər.

Ölkə müstəqil olandan sonra konstitusiya üzrə ilk referendum 1995-ci il iyulun 5-də keçirilib. Onda müxalifət səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirmişdi. O zaman Levon Ter-Petrosyan Ermənistanın prezidenti idi, sonralar dövlət başçısı olmuş Robert Koçaryan və Serj Sarqsyan isə müxalifət sayılırdılar.

Bu əsas qanun 10 il fəaliyyət göstərib. 2005-ci il noyabrın 27-də ona dəyişikliklərlə bağlı referendum keçirilib. Onda Robert Koçaryan prezident idi. Müxalifət bu siyasi kampaniyada da kəskin qanun pozuntularının olduğunu bildirmişdi. Onlar bunu "referendum-kabus" adlandırmışdılar.

Ermənistanda sonuncu konstitusiya referendumu 2015-ci il dekabrın 6-da reallaşıb. Konstitusiyaya təklif olunan düzəlişlərə əsasən, ölkədə idarəetmə yarıprezident sistemdən parlamentli respublikaya (parlament idarəetmə formasına) keçib.

Baş nazir Nikol Paşinyan dörd il əvvəl - 2020-ci il aprelin 5-də konstitusiyada dəyişikliyə dair referendum keçirməyi planlaşdırmışdı. Ancaq bu kampaniya onda baş tutmadı.

N.Paşinyan referendumda məğlub olacağından ehtiyatlanaraq pandemiya ilə bağlı yaranmış vəziyyəti əsas götürüb, məsələni parlamentdə həll etməyə üstünlük vermişdi.

Bir müddət əvvəl hökumət bildirib ki, Konstitusiya Məhkəməsi ilə bağlı yaranmış vəziyyətə dair qərar pandemiya başa çatanadək, referendum yolu ilə deyil, parlamentdə qəbul ediləcək.

Təşəbbüs qrupunun imzaları parlamentdə təsdiqləndikdən sonra məsələ referenduma çıxarılacaq. Səsvermə Ermənistan prezidentinin referendumun keçirilməsi haqqında fərmanının rəsmi dərcindən 45 gündən tez, 60 gündən gec olmayaraq keçirilməlidir.

Bu baxımdan, 2025-ci ilin fevralında Aİ ilə bağlı referendum keçirilə bilər. Ancaq baş nazir beş il əvvəlki kimi bu dəfə də bir bəhanə ilə referendumdan yayınaraq məsələni parlamentdə həll edə bilər.

Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmadan, xüsusilə iki ölkə arasında sərhədlər müəyyənləşmədən onun Aİ-yə yolu arzu olaraq qalar. Çünki İttifaq onu bu halda üzv qəbul edə bilməz.

Bundan başqa, Ermənistanın mövcud konstitusiyası təcavüzkardır. Orada Türkiyə və Azərbaycana ərazi iddiaları, saxtakarlıqlar təsbit edilib. Bu konstitusiya ilə Ermənistanın quruma qəbulu gələcəkdə Avropa İttifaqı ilə ziddiyyətlər yarada bilər. Başqa sözlə, Aİ Ermənistanla birlikdə təcavüzkar əsas qanunun müdafiəçisi olar.

Ona görə də İrəvanın Aİ-yə üzvlüklə bağlı prosesə başlamazdan əvvəl mövcud konstitusiyanın dəyişməsi ilə bağlı referendum keçirməsi daha məntiqli sayılır. Əks halda, Ermənistan əsas qanuna görə Türkiyə və Azərbaycanla yaranan gərginliyə Brüsseli də şərik edə bilər. Ona görə Paşinyanın bu cəhdi Ermənistanla Azərbaycan arasında şərti sərhədə Avropa İttifaqı mülki müşahidə missiyasının yerləşdirilməsi kimi yeni avantüraya oxşayır.

"Report" İnformasiya Agentliyi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see240

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see147

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see140

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see125

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see121

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri