Icma.az
close
up
RU
Ermənistanın bu məsələdən kart kimi istifadə etməsi absurddur... POLİTOLOQ

Ermənistanın bu məsələdən kart kimi istifadə etməsi absurddur... POLİTOLOQ

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ermənistanın bu məsələdən kart kimi istifadə etməsi absurddur..." - POLİTOLOQ

"Qərbi azərbaycanlılar öz tarixi torpaqlarından Ermənistan dövləti tərəfindən qanunsuz olaraq deportasiyaya məruz qalıblar. Məqsəd, Ermənistanın monoetnik dövlət qurmasıdır və hazırda biz bunu müşahidə edirik. Yəni, Ermənistan Azərbaycandan fərqli olaraq monoetnik dövlətdir. Belə nümunə dünyada azdır. Bu isə erməni şovenizmindən xəbər verir".

Bunu Sonxeber.az-a politoloq Əli Zülfüqaroğlu danışıb.

O, açıqlamasında qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa hörmət qoymayaraq, azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasına qarşı çıxır:

"Bunun dövlət siyasəti səviyyəsinə qaldırılması Ermənistanın, əslində, dövlət olaraq hansı mahiyyət daşıdığının göstəricisidir. Ona görə də azərbaycanlılara qarşı tarxin müəyyən dönəmlərində mərhələ-mərhələ, planlı şəkildə bu proseslər həyata keçirilib. Amma, Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Azərbaycan ərazisində yaşayan erməni sakinlərinə şans verdi ki, onlar Azərbaycan qanunları çərçivəsində burada yaşaya və həyatlarına davam edə bilərlər. Amma, Ermənistan hökuməti planll şəkildə onları Azərbaycan ərazilərindən çıxardıb və bundan Azərbaycana qarşı istifadə etmək məqsədi güdürdü. Bu səbəbdən də, Azərbaycan beynəlxalq norma və prinsiplərinə uyğun olaraq Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımızın geriqayıdış məsələsini zaman-zaman gündəmə gətirir və prioritet istiqamətlərdən biri olaraq görür. İndiki məqamda isə bu məsələnin gündəmdə saxlanılması hesab edirəm ki, kifatət qədər aktual məsələdir. Amma Ermənistan çox təəssüf ki, beynəlxalq hüquqa hörmət qoymayaraq azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasına qarşıdır və bunun həyata keçməsini istəmir. Amma şərt olaraq Ermənistan hökumətinin təşkil etməsi ilə köçmüş ermənilərin Azərbaycana qayıdışını irəli sürür. Hesab edirəm ki, bu iki məsələ arasında oxşarlıq, uyğunluq qətiyyən yoxdur və tamam fərqli məsələlərdir. Ermənistanın bu məsələdən kart kimi istifadə etməsi absurddur və heç bir effekt verməyəcək".

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 04 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri