Ermənistanın Daxili İşlər Nazirliyinə qadın rəhbərlik edəcək FOTO AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Ermənistan Daxili İşlər Nazirliyində müavin postunu tutan Arpin Sarkisyan nazir təyin ediləcək.
Bu barədə Baş nazir Nikol Paşinyan məlumat verib.
"Daxili işlər nazirinin müavini postunu tutan Arpin Sarkisyan daxili işlər naziri təyin olunacaq", deyə Paşinyan bildirib.
Qeyd edək ki, Arpin Sarkisyan 2022-ci ilin yanvarında daxili işlər nazirinin müavini təyin edilib. Sarkisyan buna qədər Ədliyyə Nazirliyinin cinayət qanunvericiliyi, penitensiar və probasiya siyasətinin inkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, qərbyönlü qanadla əlaqələri, həmçinin ABŞ-ın Ermənistandakı səfirliyi ilə sıx əlaqələri ilə tanınır. Sarkisyan əvvəllər - keçmiş nazir Qriqor Minasyanın istefasından sonra ədliyyə nazirbni əvəz edib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















