Ermənistanın hərbi təcavüzü nəticəsində 3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Komissiyanın katibi Qəzənfər Əhmədov deyib.
Dövlət Komissiyasının katibi bildirib ki, itkin düşənlərdən 3 209 nəfəri hərbçi, 774 nəfəri isə mülki şəxsdir: "3 983 nəfərdən 285 nəfəri qadındır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1 702 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Komissiyada qeydiyyatdadır. Onlardan 419 nəfəri hərbçidir. Göründüyü kimi daha çox mülki şəxslər əsir, girov götürülür".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Mart 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















