Icma.az
close
up
RU
Ermənistanın kapitulyasiyaya imza atması nəticəsində Kəlbəcər qan tökülmədən azad olunub

Ermənistanın kapitulyasiyaya imza atması nəticəsində Kəlbəcər qan tökülmədən azad olunub

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa edilməsi prosesi uğurla davam edir. Ötən dövr ərzində həmin ərazilərdə möhtəşəm quruculuq işləri həyata keçirilib". Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, görülən işlər keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə müşaiyət olunur. 2022-ci ildə Zəngilanın Ağalı kəndinə köçlə başlanan Böyük Qayıdış proqramı bu gün artıq böyük vüsət alıb.

Azərbaycanın Ermənistanla sərhədboyu ən uzun məsafəyə - 136 kilometrlik sərhəd xəttinə malik Kəlbəcərdə üçrəngli bayrağımızın dalğalanması, azadlığından ötən müddət ərzində müstəsna əhəmiyyətə malik, həyata keçirilən infrastruktur layihələrin həyata keçirilməsi çox qısa zamanda kəlbəcərlilərin doğma yurdlarında yeni həyata başlayacaqlarına yol açdı.

Millət vəkilinin sözlərinə görə, bugünlər xalqımız Kəlbəcər şəhərinə qayıdışın sevincini yaşadı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Kəlbəcər şəhərində oldu və sakinlərə evlərin açarları təqdim edildi. Mərasimdə çıxış edən Prezidentimiz Kəlbəcərin işğalının səbəbləri, rayonun strateji əhəmiyyəti, Vətən müharibəsində ordumuzun şücaəti barədə fikirlərini ifadə edib. Vətən müharibəsində Ermənistanın kapitulyasiyaya imza atması nəticəsində Kəlbəcər qan tökülmədən azad olunub. Hazırda sülh prosesi ilə bağlı mühüm addımların atıldığını deyən dövlətimizin başçısı sülhün bütün regionun inkişafına böyük fayda verəcəyini vurğulayıb. Bununla belə, Azərbaycan daim öz gücünü artırır və dövlətimizlə heç bir qüvvə diqtə dilində danışa bilməz.

Pərvin Kərimzadə qeyd edib ki, torpağının altı da, üstü də zəngin xəzinə olan Kəlbəcər ölkə Prezidentinin birbaşa nəzarəti və rəhbərliyi altında tez bir zamanda Azərbaycan iqtisadiyyatına inteqrasiya və Şərqi Zəngəzur bölgəsinin əsas iqtisadi istinadı, gücü olacaq. Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrikstansiyaların istifadəyə verilməsi bölgənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, “yaşıl enerji”nin genişlənməsinə və ətraf mühitin qorunmasına mühüm töhfə olacaq.

Səfər zamanı Prezident İlham Əliyev əsrlər boyu yaşadılmış arıçılıq ənənələri ilə seçilən Kəlbəcər şəhərinin mərkəzində fəaliyyətə başlayan “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nınaçılışında iştirak etdi. Qeyd edək ki, dağlıq relyef, nadir flora örtüyü, saf dağ çaylarının yaratdığı mikroiqlimburada istehsal olunan balı dadına, keyfiyyətinə və müalicəvi xüsusiyyətlərinə görə fərqləndirən əsas amillərdəndir. Sevindirici haldır ki, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nda bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur. Gələcəkdə bu məhsulların “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır.

“Füsunkar təbiəti olan Kəlbəcər rayonunda da böyük quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısı və birinci xanım görülən işlərlə tanış olub, bir sıra açılışlar gerçəkləşib. Tarixi gündə Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin, şəhər parkının təməli qoyuldu. Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərə köçən sakinlərləgörüşdə Prezident İlham Əliyev qeyd etdiyi kimi, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır. Sakinlərin doğma yurdlarına qayıdışı isə Kəlbəcərin dirçəlişinə əlavə güc qatacaq” - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri