Icma.az
close
up
RU
Ermənistanın mina terroru: 4 gündə 4 partlayış...

Ermənistanın mina terroru: 4 gündə 4 partlayış...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanda mina təhlükəsi yenidən gündəmdədir.

Modern.az-ın məlumatına görə, son bir həftədə Kəlbəcər, Goranboy və Ağdərə rayonlarında 4 müxtəlif mina partlayışı qeydə alınıb.

Nəticədə biri hərbçi olmaqla dörd nəfər xəsarət alıb.

Mayın 29-da Kəlbəcər rayonunun İstisu kəndində Azərbaycan Ordusunun hərbçisi Xudaverdi Sadıqov piyada əleyhinə minaya düşüb. Hadisə saat 10:10 radələrində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı baş verib. 

Ertəsi gün, mayın 30-da Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mal-qara otaran zaman mülki şəxs – Tərtər rayon sakini Telman Hüseynov minaya düşüb. Bu ərazidə 1992-ci ildə Telman Hüseynovun atası Əhməd Hüseynov da eyni şəkildə mina partlayışında həlak olub. Bu dramatik oxşarlıq Qarabağ minalarının nəsillər boyu təhlükə mənbəyi olduğunu bir daha göstərir.

Mayın 31-də Goranboy rayonunun Qaraçinar kəndi ərazisində Kəlbəcər sakini Qalib Abbasov mina partlayışına düşərək ağır xəsarət alıb. O da mal-qara otararkən partlayışla üzləşib.

İyunun 1-də isə Kəlbəcərin Susuzluq kəndində traktorun minaya düşməsi nəticəsində sürücü - 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alıb.

Ard-arda 4 gün baş verən mina hadisələri Ermənistanın basdırdığı minaların dəhşətini bir daha xatırladır. Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 400 Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb.

Qeyd edək ki, Vətən müharibəsindən sonra 202 min hektardan artıq ərazi mina və döyüş sursatlarından təmizlənib. ANAMA-nın məlumatına görə, bu müddət ərzində 196 mindən çox mina və sursat aşkarlanıb. Təmizləmə proseslərinə Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyi və iki yerli şirkət də cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri