Icma.az
close
up
RU
Ermənistanın mina terroru bitmir

Ermənistanın mina terroru bitmir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;


Azərbaycan mövzunu ən mötəbər təşkilatlarda davamlı gündəmə gətirməlidir


Ermənistan mina xəritələrini gizlətməklə, yaxud "yoxdur" deməklə əsla məsuliyyətdən yayına bilməz



Tarixin bir çox dövrlərində erməni terrorçuları azərbaycanlıların hüquqlarını pozub, millətimizə qarşı deportasiya, qətllər və etnik təmizləmə siyasəti həyata keçiriblər. Təəssüf ki, erməni terroru Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra da davam edir. İstər işğal dövründə, istər də müharibədən sonra düşmən tərəfindən basdırılmış minaların partlaması çox sayda mülki əhalinin həyatını itirməsinə, ağır xəsarətlər almasına səbəb olur. Beləliklə, onların yaşamaq hüququ, sağlamlıq hüququ əllərindən alınır. İşğalçı ölkə mina xəritələrini verməməklə insan hüquqlarını pozmaqda davam edir. İşğaldan azad edilmiş ərazilərimizdə işğal dövründə Ermənistan tərəfindən basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdədir. Ötən gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 2025-ci il 23 sentyabr tarixində növbəti mina hadisəsi baş verdi. 1971-ci il təvəllüdlü "gizir Xanı", "kəşfiyyatçı Xanı" ləqəbləri ilə tanınmış Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak oldu. S.Əhmədovla birgə döyüş əməliyyatlarında olmuş hərbçilər deyirdilər ki, o, həmişə ön sırada gedən, təhlükəyə birinci addımlayanlardan idi. Elə buna görə də "kəşfiyyatçı" adı onun taleyinə yazılmışdı. Onu tanıyanlar xatırlayır ki, Xanı heç vaxt çətinlikdən geri çəkilməzdi. Təhlükəni öz üzərinə götürməyi, yoldaşlarını qorumağı həyat prinsipi sayırdı. Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış və bugünədək dəqiq xəritələri təqdim olunmamış minalar günahsız insanların həyat və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır. Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur. Təkcə ANAMA-nın son həftəlik hesabatına görə, 109 piyada əleyhinə mina və 1286 partlamamış hərbi sursat zərərsizləşdirilib. 2020-ci il Vətən müharibəsindən indiyədək 400-ə yaxın insan zərər görüb, həyatını itirib, yaxud ağır şəkildə yaralanıb, qolundan, ayağından olub. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir. İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur.

Vurğulanıb ki, yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) dəfələrlə müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə və törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıb. Azərbaycan Prezidenti İlham Əliyev də "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bildirib ki, ermənilər işğal dövründə həmin ərazilərdə bir milyondan çox mina basdırmışdılar: "2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bugünədək təxminən 400 nəfər mina qurbanı olub. Minalar nəticəsində 70-dən çox insan həlak olub, qalanları isə ağır yaralanıb. Bu səbəbdən biz genişmiqyaslı bərpa işlərinə başlaya bilmirik, çünki ilk növbədə, təhlükəsizlik təmin edilməlidir". 


Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Sherg.az-a açıqlamasında mina terrorunun çox ciddi və aktual problem olduğunu söyləyib. Ekspert ilk növbədə həyatını itirmiş hərbçimizin ailəsinə başsağlığı verib, yaxınlarına səbir diləyib: 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri