Icma.az
close
up
RU
Ermənistanın mina terroru dayanmaq bilmir

Ermənistanın mina terroru dayanmaq bilmir

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan uzun müddətdir ki, mina terrorundan əziyyət çəkir və bu dəhşətli bəla ilə təkbaşına mübarizə aparır. İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə demək olar ki, hər gün baş verən və insan itkisinə səbəb olan mina partlayışları onu deməyə əsas verir ki, ölkəmiz hələ uzun müddət bu ağır problemlə üz-üzə qalacaq. Çünki ərazilərimiz kütləvi şəkildə minalarla çirkləndirilib. İşğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırılıb. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 400 nəfərə yaxın vətəndaşımız mina qurbanı olub, onlar ya həyatlarını itiriblər, ya da ağır bədən xəsarətləri alaraq, sağlamlıqlarını itiriblər. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3500-ə yaxın vətəndaşımız minalardan zərər çəkib ki, onların arasında çoxsayda uşaqlar, qadınlar da var. Məlumdur ki, münaqişə bitdikdən sonra Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam edib. Belə ki, 2021-ci il Ermənistan istehsalı olan və piyadalar əleyhinə minlərlə mina aşkar edilib. 44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən, mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. Bunlar, həmçinin Ermənistan tərəfindən verilən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.

Təkcə bir neçə gün ərzində Cəbrayılda və Ağdamda baş verən mina partlayışları nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən uşaqlar ciddi xəsarət alıb.

Onu da qeyd edək ki, Azərbaycan tərəfi mina xəritələrinin təqdim edilməsinə dair dəfələrlə çağırışlar edib. Təəssüf ki, Ermənistan bu məsələdə də manipulyasiya ilə məşğuldur. Bu ölkə uzun müddət ərzində ümumiyyətlə belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25 faiz təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin böyük əksəriyyəti təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir. Təəssüf ki, beynəlxalq birlik bu məsələdə Azərbaycana lazımi dəstəyi vermir, həmrəylik nümayiş etdirmir.

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb: "Növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 393 nəfər ya həlak olub, ya da yaralanıb".

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb: "Beynəlxalq ictimaiyyəti mina əleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə altına almağa və münaqişədən sonrakı bərpa işlərinə maneə törətməyə davam edən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq".

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Cəbrayıl və Ağdamda baş vermiş mina hadisələri ilə bağlı bəyanatında qeyd edilib ki, işğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir.

Ombudsman bildirib ki, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır: "Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur. Ombudsman olaraq, beynəlxalq ictimaiyyəti minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməyə, Azərbaycanın davam edən mina təmizləmə səylərinə dəstək olmağa və həmçinin Ermənistanı məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməyə çağırıram".

Məlumdur ki, Ermənistanın davam etdirdiyi mina terroru onun sülh çağrışlarında, guya sülh sazişi imzalamağa hazır olmasına dair açıqlamalarında səmimi olmadığını bir daha ortaya qoyur.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli mövzu ilə bağlı "525"ə deyib ki, həqiqətən də Azərbaycanla Ermənistan arasında sülh prosesinə neqativ təsir göstərən amillərdən biri də Ermənistanın vətəndaşlarımıza qarşı mina terrorunun davam etməsidir: "İkinci Qarabağ müharibəsindən sonra bizim yüzlərlə vətəndaşımız Ermənistanın mina terrorunun qurbanı olub, onlardan bəziləri həyatını itirib, bəziləri isə ciddi xəsarətlər alıb. Təbii ki, paradoksal haldır ki, bir ölkənin hakimiyyəti davamlı olaraq sülhdən danışır, sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir, amma bununla paralel olaraq da həmin ölkəninin vaxtilə ölkəmizin ərazisinə kütləvi şəkildə basdırdığı mina terroru davam edir. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan dəfələrlə Ermənistandan dəqiq mina xəritələrini tələb etsə də, qarşı tərəf bu günə qədər bizə mina xəritələrini təqdim etməyib. Təqdim olunan mina xəritələrinin isə təxminən dörddə bir hissəsi, 20-25 faizi dəqiq çıxıb. Yəni böyük əksəriyyəti qeyri-dəqiqdir. Əlbəttə ki, belə olan halda bir tərəfdən sülhdən danışmaq, digər tərəfdən də qeyd etdiyimiz kimi, mina terrorunu davam etdirmək bu, Ermənistan hakimiyyətinin, Ermənistan dövlətinin danışıqlar prosesində qeyri-səmimi mövqeyinin daha bir nümunəsidir. Bir məqamı da əlavə etmək istərdim ki, biz əgər İkinci Qarabağ müharibəsindən sonra baş verən mina terroru barədə danışırıqsa, burda bir xüsusi hal var bu da ondan ibarətdir ki, aşkarlanış minaların istehsal tarixinə nəzər salsaq, görərik ki, onlar 2021-2022-ci illərdə Ermənistanda istehsal olunub. Artıq bu nəticəyə gəlmək olar ki, Ermənistan vaxtilə Laçın-Xankəndi yolu ilə Ermənistanda istehsal olunan minaları Qarabağa daşıyıblar. Bu ondan xəbər verir ki, Ermənistan baxmayaraq ki, sülhdən danışır, Vətən müharibəsindən sonra sülh müqaviləsi imzalamaq arzusunda olduğunu bildirir, digər tərəfdən də ərazilərimizə minalar daşıyıb və məqsədyönlü şəkildə mina terrorunu həyata keçirir".

BMTM-nin eksperti məsələnin digər tərəfinə, beynəlxalq birliyin yanaşmasına, münasibətinə də diqqət çəkib. Onun sözlərinə görə, bu münasibət Azərbaycanı qane edə bilməz: "Yəni tamamilə qeyri-adekvat bir yanaşmadır. Beynəlxalq ictimaiyyət deyəndə mən aparıcı dövlətləri nəzərdə tuturam, xüsusilə də bəzi aparıcı Qərb dövlətlərini. Onların post-münaqişə problemlərinə necə fərqli yanaşmaları məlumdur. Yəni Ermənistana könüllü köçən ermənilərin adi məişət məsələlərini necə şişirdirlər, dramatikləşdirirlər və s. ancaq bu qədər böyük və ağrılı problem olan mina terroruna biz həmin münasibəti görmürrük. Bu da bir daha ikili yanaşmanın, qərəzli münasibətin bir sübutudur. Təbii ki, əvvəldə də qeyd etdiyim kimi, belə bir mövqe Azərbaycan tərəfindən qəbul edilə bilməz. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət, aparıcı dövlətlər bu məsələdə obyektiv, adekvat, beynəlxalq hüquq normalarına uyğun mövqe nümayiş etdirsinlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Aprel 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see351

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see309

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see305

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see299

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see247

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see243

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see242

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see236

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see223

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see222

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see216

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see212

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see210

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see207

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see206

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see206

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see203

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see199

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see187

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri