Icma.az
close
up
RU
Ermənistanın ordu sürprizi iki dostunu qəzəbləndirdi: Bakının tək şərti var 1000 hərbçi...

Ermənistanın ordu sürprizi iki dostunu qəzəbləndirdi: Bakının tək şərti var 1000 hərbçi...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniya nəşrinin Zəngəzur dəhlizi ilə bağlı yayımladığı məqalədə əsas diqqət çəkən məsələlərdən biri də ABŞ-ın Ermənistanda 1000 hərbçisini yerləşdirəcəyi iddiası oldu. Bu məsələ Rusiyada, İranda və erməni ictimaiyyətində ciddi narahatlıqla qarşılandı.

ABŞ-ın son illərdə Qafqaza münasibəti və regiona müdaxilə imkanlarını gücləndirmə istəyi səbəbindən belə bir iddia Azərbaycan Türkiyədə də tərəddüdə səbəb olur. Rəsmi Bakı hələ 2020-ci ildə sülhməramlı adı ilə Qarabağa yerləşən rus ordusunu böyük məharətlə 1 il 3 ay öncə buradan çıxardı. Hazırda İrəvanla sülh prosesi davam edərkən reigona ABŞ qüvvələrinin gəlişi, gələcəkdə bu ölkədə Azərbaycana qərəzli münasibət bəsləyən müxalif qrupların iqtidara gəlmə ehtimalları fonunda bir sıra suallar doğurur.

Azərbaycan ABŞ ordusunun 1000 nəfərlik kontingentinin bölgəyə girməsinə hansı şərtlə razılıq verə bilər? Ümumiyyətlə, belə bir şey nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, ABŞ-ın Ermənistana hərbiləşdirilmiş kontingent gətirmə ehtimalı ilə bağlı informasiyalar xeyli zamandır var:

“Mövcud vəziyyətdə bunun nə qədər real olacağını konkret söyləmək çətindir. Amma hazırda baş verənlərə münasibət bildirməklə müəyyən qiymətləndirmələr aparmaq olar. ABŞ prezidenti həm Zəngəzur dəhlizinin açılması, həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində pozitiv mesajlar verir. Bu o deməkdir ki, rəsmi Vaşinqton hər iki məsələnin tezliklə həllində maraqlıdır. Eynilə Bakının da bu məsələlərin həllində Ağ Evlə maraqları üst-üstə düşür.

Bölgəyə ABŞ hərbçilərinin gəlməsinin riskli ola biləcəyi ilə bağlı fikirlər də səslənir. Amma hesab edirəm ki, əgər belə bir hal baş verərsə, bu, indi də, gələcəkdə də bizim üçün hər hansı təhlükə yaratmayacaq. ABŞ hərbçilərinin və ya hərbiləşdirilmiş hansısa şirkətin bölgəyə daxil olması elə də asan deyil. Bunun üçün bir sıra vacib məsələlər əvvəlcədən həllini tapmalıdır”.


Elşən Mustafayev

Həmçinin oxuyun:

Əliyevdən Kremli sarsıdan CAVAB: Moskva Xəzərdə Bakıya qarşı hərəkətə keçdi

Politoloq bildirib ki, diqqət edilməli məsələlərdən birincisi Rusiyanın yanaşmasıdır:

“Moskva Gümrüdəki və Erebunidəki hərbi bazaları, iqtisadi rıçaqları vasitəsilə, əvvəlki kimi olmasa da, yenə də müəyyən təsir imkanlarını regionda saxlayır. İlk növbədə Rusiya hərbçiləri ərazidən çıxarılmalı və ya neytrallaşdırılmalıdır. Kremlin bölgədəki maraqlarını nəzərə alsaq, bu, o qədər də asan olmayacaq.

İkincisi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və bu sazişin beynəlxalq səviyyədə zəmanət altına alınması vacib məqamlardan biri olmalıdır. Müqavilənin bağlanması üçün irəli sürdüyümüz və hələ də həllini tapmayan iki şərt yerinə yetirilməlidir. Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsi tələbimiz qəbul olunmadan hər hansı açılımdan söhbət gedə bilməz. Əks halda, ABŞ hərbçilərinin bölgəyə gəlişi mümkün olmayacaq, yaxud mənasını itirəcək.

O səbəbdən, yuxarıda göstərilən amillər aradan qaldırılar, Azərbaycanın şərtləri qəbul olunar, bütün bunlar beynəlxalq hüquq və razılaşmalarla rəsmi zəmanət altına alınarsa, gələcəkdə ABŞ-da demokratların hakimiyyətə gəlməsi də ciddi bir dəyişiklik yaratmayacaq.

III Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinə hansısa şirkətin nəzarət etməsi Ermənistanın daxili işidir. Amma yüklərimizin və insanlarımızın heç bir yoxlamadan keçməməsi şərtilə. Fikrimcə, bu mesaj açıq şəkildə bütün maraqlı tərəflərə ünvanlanmışdı.

İstənilən halda bölgədə vəziyyətin sabitləşməsindən sonra belə, risklər tamamilə yox olmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 İyul 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri