Icma.az
close
up
RU
Ermənistanın öz hərbi büdcəsini artırması yeni müharibə riskidir

Ermənistanın öz hərbi büdcəsini artırması yeni müharibə riskidir

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Ermənistanın öz hərbi büdcəsini artırması, yerli silah sənayesini inkişaf etdirmək istiqamətində addımlar, eləcə də sürətli şəkildə silahlanma yolu tutması bir tərəfdən İkinci Qarabağ savaşında darmadağın olan ordunun bərpası üçün zərurətdirsə, digər tərəfdən də yeni müharibə riskidir.
İstənilən halda münaqişə tərəfləri arasında sülh yoxdursa, yəni, nə qədər sülh sazişi imzalanmayıbsa müharibə ehtimalı hər zaman qalır. Buraya ayrı-ayrı güclərin maraqlarını, daha konkret desək öz Cənubi Qafqaz maraqlarını təmin etmək üçün Azərbaycan və Ermənistan arasında gərgin münasibətlərə fürsət kimi baxmasını da əlavə etdikdə bu risk daha da artır. Üstəgəl söhbət hər zaman anti-türk mövqeyi ilə bəslənən revanşist toplumdan gedir.
Bu gün Ermənistanda keçirilən bütün müstəqil sorğular ermənilərin əksəriyyətinin hələ də revanşist hisslərlə yaşadığını göstərir. Onlar indi Azərbaycanla yeni müharibədən çəkinsələr də amma davamlı olaraq silahlanma hansısa mənada onlarda bir “ümid” yaradıb. Bu şəkildə silahlanma və beynəlxaqdəstək fonunda gələcəkdə torpaqlarmızı yenidən işğal edə biləcəklərinin arzusu ilə yaşayırlar.
İndiki mərhələdə, hətta bu qədər silah və texnika alınması fonunda belə Ermənistanın Azərbaycanla müharibə aparma ehtimalı yoxdur. Çünki, Azərbaycan Ermənistanın bu silahlanmasını sadəcə müşahidəçi qismində seyr etmir. Biz də müvafiq olaraq ordunun modernləşdirilməsi və yeni texnikanın alınması istiqamətində konkret fəaliyyəti həyata keçiririk. Bu gün Ermənistanın hərbi xərclər və təhlükəsizlik üçün büdcədən ayırdığı vəsaitin həcmi 1.7 milyard dollar civarındadır. Təbii ki, buraya kənar donorlardan verilən maliyyə və Fransa kimi ölkələrin bir qism silahları demək olar ki, havayı verməsini də əlavə etmək lazımdır. Amma bütün bunlar belə Ermənistanın bizim qarşımızda dayanması üçün yetərli deyil. Azərbaycanın 2025-ci il üçün hərbi və təhlükəsizlik xərclərinin 8,4 milyard olması faktı da bunu əyani şəkildə göstərir.
Amma Paşinyan hakimiyyəti bayaq dediyim ayrı ayrı qüvvələrin təhriki ilə hansısa təxribatlara gedə bilər. Təbii ki, bunun sərt cavabı da olacaq. Amma kənar oyunçular üçün belə olan halda Azərbaycanın necə zərbə endirəcəyi və Ermənistanın aqibəti maraqlı deyil. Onlar üçün vacib olan yeni münaqişə fonunda Ermənistanın təhlükəsizliyi bəhanəsi ilə bu ölkəyə hərbi qüvvələr yeritmək və orada möhkəmlənməkdir. Amma istənilən halda yeni müharibə riski Ermənistan üçün olduqca ağır nəticələrə səbəb olacaq.
Yusif Bağırzadə, politoloq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri