Pezeşkian ABŞ və İsrailə səsləndi: “Sülhü kim təhdid edir?”
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin hərbi güc nümayiş etdirməklə diplomatiya aparmaq cəhdlərini tənqid edib və dünya sülhü ilə təhlükəsizliyini kimin təhdid etdiyini sual edib.
Modern.az xəbər verir ki, Pezeşkian bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) ərəfəsində “X” sosial şəbəkəsindəki hesabında yazıb.
İran prezidenti paylaşımında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına, eləcə də istifadə olunan silahlara diqqət çəkib.
“Onlar müharibəyə başladılar və məqsədlərinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu iddia etdilər.
Daha sonra ilk dəfə Lamerd şəhərində PRSM raketindən istifadə etdilər. İndi isə hədə-qorxu yolu ilə diplomatiya aparmaq üçün “bütün bombaların anası”ndan istifadə edirlər.
Bu davranışda heç bir ziddiyyət yoxdur, lakin bu, rüsvayçılıqdır. Dünya sülhünü və təhlükəsizliyini kim təhdid edir?” – deyə Pezeşkian bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 11 Noyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















