Icma.az
close
up
RU
“Ermənistanın özünü sülh göyərçini kimi göstərməsi azdır, gərək sülh göyərçini kimi də hərəkət etmiş olsun”

“Ermənistanın özünü sülh göyərçini kimi göstərməsi azdır, gərək sülh göyərçini kimi də hərəkət etmiş olsun”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Ermənistan hər zaman özünü sülh göyərçini kimi qələmə verməyə çalışır. Amma biz mahiyyətə vardıqda görürük ki, Ermənistanın davranışları beynəlxalq ictimaiyyəti çaşdırmaq, onun diqqətini tamamilə başqa məsələlərə yönləndirmək üçündür. Eləcə də Ermənistan müxtəlif siyasi manipulyasiyalardan istifadə edir. Bunlar onu göstərir ki, Ermənistanın sülh barədə danışması yalnız bir görüntü yaratmaq məqsədini daşıyır. Lakin realda o, çox sürətli şəkildə silahlanır və bu silahlanma da bölgədə gedən sülh danışqları prosesinə faktiki olaraq çox ciddi problem yaradır. Cənab Prezident XII Qlobal Bakı Forumunda çıxışı zamanı bu məsələyə xüsusi diqqət yetirdi və vurğuladı ki, Ermənistan məhvedici silahlarla təchiz olunur. Bu siyasəti Fransa və onun prezidenti həyata keçirilir. Bu gün Fransa Ermənistana SEZAR (Caesar) haubitsaları verir. Eləcə də Avropa İttifaqının dırnaqarası monitorinq missiyası realda hərbi kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olaraq Azərbaycan Silahlı Qüvvələrinin iki dövlət arasında şərti sərhəddə bölmələrinin mövqelərini öyrənirlər”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverən söyləyib.

A.Allahverənov əlavə edib ki, Ermənistan bu gün bir sıra dövlətlərlə, o cümlədən Hindistanla çox böyük danışıqlar aparır və Hindistan da Ermənistanın silahlanmasında yaxından iştirak edir: “Hətta “Avropa Sülh Fondu” real olaraq Ermənistana yardım göstərməklə şərait yaradır ki, Ermənistan həmin vəsait hesabına silahlı qüvvələrinin maddi texniki bazasını yaxşılaşdırsın. Bunlar ondan xəbər verir ki, real olaraq Ermənistan heç də sülhdə maraqlı deyil. Əgər maraqlı olsaydı, bu sadaladığım məsələlərdən kənar fəaliyyətlə məşğul olardı və həmin fəaliyyət həqiqətən də sülh prosesinin uğurlu başa çatmasına gətirib çıxara bilərdi”.

Deputat bildirib ki, Azərbaycanın sülh müqaviləsinin imzlanmasına dair irəli sürdüyü tələblər bilavasitə Ermənistanın sərhəd boyu ərazilərində demilitarizasiya olunmuş zonanın, yəni silahlardan azad bir zonanın yaradılması, hərbi qoşun növlərinin oradan çıxarılması, Konstitusiyasında dəyişikliklərin edilməsi kimi məsələlərdir: “Həmçinin Zəngəzur dəhlizi və digər iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması və s. bunlar olduqca vacib tələblərdir. Bu tələblər hamısı bütövlükdə sülhün bərqərar olunmasına xidmət edir. Əks halda, bunların icra olunmaması Ermənistan tərəfindən yenə də Ermənistanın Azərbaycanla bağlı revanşist planlarının olmasından, Ermənistanın nə zamansa bir qədər də güc topladıqda yenidən ərazi iddialarından çıxış etməklə hərbi müdaxiləyə cəhd etməsindən xəbər verir”.

Onun sözlərinə görə, bütün bunların qarşısının alınması üçün imzalanacaq sülh sənədi kifayət qədər zəmanətli olmalıdır: “Bu sənəd qısa bir müddətdə imzalanmalıdır və onun hüquqi bazası kifayət qədər güclü olmalıdır. Beynəlxalq hüququn verdiyi bütün imkanlar həmin sülh sənədində yer alacaq müddəaların tam şəkildə təmin olunmasına xidmət etməlidir. Belə olduğu təqdirdə real sülhdən danışmaq olar. Buna qədər isə cənab Prezidentin XII Qlobal Bakı Forumunda qeyd etdiyi kimi Ermənistanın bu kimi məsələlərdə yəni zəmanəti yoxdursa, ona inam da yoxdur. Ermənistana olan inamsızlıq ona gətirib çıxarır ki, onun hazırda sözdə deyilən hər hansı davranışına görə etimadın göstərilməsi düzgün deyil. Düşünürəm ki, birmənalı şəkildə Ermənistan real praktik addımlar atmalıdır. Çünki cənab Prezident öz çıxışında haqlı olaraq qeyd edir ki, Ermənistana etimad səviyyəsi sıfıra bərabərdir”.

A.Allahverənov qeyd edib ki, biz həqiqətən də hazırda onların heç bir sözünə inanmırıq: “Çünki əlimizdə olan bir çox sənədlər var. Məsələn, Üçtərəfli Bəyanata nəzər saldıqda görürük ki, orada 9-cu bənddə Ermənistanın öz imzası ilə üzərinə götürdüyü öhdəliyi var. İqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Ermənistan bu öhdəliyi öz imzası ilə üzərinə götürsə də, yenə də məsələ sənəd üzərində qalmaqdadır. Yəni 44 günlük Vətən müharibəsindən keçən bir müddət ərzində Ermənistan bununla bağlı erməni cəmiyyəti daxilində real hər hansı bir işlər həyata keçirməyib. Məsələn, Azərbaycan tərəfinə nəzər saldıqda dəmir yolları, avtomobil yolları salınır, böyük infrastruktur layihələr həyata keçirilir, ancaq görürük ki, Ermənistanda bununla bağlı heç bir iş həyata keçirilməyib. Ermənistan bir tərəfdən müxtəlif uydurulmuş saxta bir layihələri dilə gətirməklə diqqəti Zəngəzur dəhlizindən tamamilə başqa bölgələrə, istiqamətlərə yönləndirməyə çalışır. Ona görə də Ermənistanın özünü sülh göyərçini kimi göstərməsi azdır, gərək sülh göyərçini kimi də hərəkət etmiş olsun. Amma bu gün biz bu hərəkəti görmürük”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Mart 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri