Icma.az
close
up
RU
Ermənistanın qapılarını taybatay açmaq KONKRET

Ermənistanın qapılarını taybatay açmaq KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Bu, bir növ, ona işarədir ki, Ermənistan vaxtilə bu yolları dağıdıb və indi də blokadada olduğuna dair hay-həşir salır. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, ilk növbədə Zəngəzur yolu işlək vəziyyətə gətirilməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Mövzuya giriş olaraq bildirək ki, Ermənistan ərazisindəki dəmir yolu şəbəkəsi “Rusiya Dəmir Yolları”na aiddir. Ermənistan-Azərbaycan münaqişəsi başlayarkən Azərbaycanı Naxçıvanla birləşdirən 42 km-lik dəmir yolu xətti sökülüb. Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədə əsasən həmin hissəni erməni-amerikan birgə şirkəti bərpa etməlidir. Lakin bu halda ziddiyyət yaranır: 42 km-lik hissə birgə müəssisəyə aid olduğu halda, Ermənistanın digər ərazilərində mülkiyyət Rusiyaya aiddir. Rəsmi İrəvan isə ölkənin digər ərazilərindəki nəqliyyat infrastrukturunu da Azərbaycanın üzünə açmağa hazır olduğunu bildirir.

T. Zülfüqarov bu məqamlara diqqət yetirərək bir daha rəsmi İrəvanın Kreml qarşısında ciddi öhdəlikləri olduğunu xatırladıb:

“İrəvan Moskvaya işarə edir ki, siz TRIPP-ə və ABŞ-nin regiona gəlməsinə icazə vermirsiniz. Onda heç olmasa, nəqliyyat infrastrukturumuzu bərpa edin. Bu, Azərbaycana dolayı təzyiqdir. Ermənistanın həm Rusiya, həm də İran qarşısında açıq və qapalı öhdəlikləri var. Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir. Trampın öhdəliklərini icra etsə, Rusiya narazı qalacaq və növbəti seçkilərdən sonra mövqeyi zəifləyəcək. İran da öz tranzit yollarını bağlaya və İrana təzyiq edər.

Paşinyan hazırda çıxış yolları axtarır, seçim qarşısındadır. O, Vaşinqton razılaşmasını icra etməyə imkanının olmadığını deməyə qorxur. Çünki bu ilin sonunadək Zəngəzurdan keçəcək yolla bağlı hansısa ilkin nəticələr olmalı idi. Ancaq görünən odur ki, heç bir irəliləyiş yoxdur. Paşinyan istəyir ki, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atsın. Bir növ, demək istəyir ki, alternativ yollar açılsın və TRIPP layihəsi növbəti mərhələyə qalsın”.

Xatırlatma: Nikol Paşinyan Rusiyadan Ermənistan ərazisində dəmir yolunun Azərbaycan və Türkiyə sərhədlərinə gedən hissələrini qısa zamanda bərpa etməyi xahiş edib. Ermənistan Baş nazirinin sözlərinə görə, o, yaxın vaxtlarda İcevandan Qazaxa dəmir yolu hissəsi ilə bağlı da Rusiya tərəfinə oxşar tələblə müraciət edəcək.

Onda, Rusiya XİN “Tramp yolu” təşəbbüsünün parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələrə hazır olduğunu bildirib. Nazirliyin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqinin sözlərinə görə, erməni-amerikan layihəsinin təfərrüatları hələ öyrənilməlidir, lakin Moskva həm təşəbbüsün məzmununu, həm də Rusiyanın mümkün iştirakını müzakirə etməyə hazırdır.

Kaluqin qeyd edib ki, “bunun üçün kifayət qədər əsaslar var”.

Diplomat vurğulayıb ki, bu, mahiyyət etibarı ilə üçtərəfli işçi qrupu çərçivəsində əvvəllər razılaşdırılmış marşrutun bir hissəsinə aiddir.

“Rusiya Dəmir Yollarının törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkətimiz Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolundan istifadə edir. Marşrut əsasən sərhədçilərimizin məsuliyyət zonasından keçəcək”, – Kaluqin qeyd edib.

“Rusiyanın TRIPP layihəsində iştirakı müzakirə mövzusu deyil”. Bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.

O, Moskvanın İrəvanla TRIPP layihəsində Rusiyanın iştirakını müzakirə etməyə hazır olması ilə bağlı Rusiya XİN-in bəyanatını şərh edib: “Sevinirik ki, onlar bizimlə bunu müzakirə etməyə hazırdırlar. Əgər 160 dəfə təkrar etməyimi istəyirsinizsə, belə müzakirələr yoxdur. Mən hipotetik suallara cavab vermirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Dekabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri