Icma.az
close
up
RU
Ermənistanın riskli Gorus PLANI Zəngəzurda 3 qüvvə toqquşur...

Ermənistanın riskli Gorus PLANI Zəngəzurda 3 qüvvə toqquşur...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

İyunun 2-də Ermənistanın Zəngəzur vilayətinin Gorus bölgəsində Fransa konsulluğunun açılması birmənalı qarşılanmayıb. Hətta bu məsələnin Kremli ciddi şəkildə qəzəbləndirdiyi və 2023-cü ildən bu yana Qafanda Rusiya konsulluğunun açılmasını İrəvanın qəsdən ertələdiyi bildirilir.

Məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan son səfərində Baş nazir Nikol Paşinyanla sərt danışıb və bu məsələnin qısa zamanda həll edilməli olduğunu söyləyib. Hətta Lavrovun Paşinyanı Qafanda rus konsulluğu açılmayacağı təqdirdə, Rostovda yerləşən Ermənistan konsulluğunun bağlanması ilə hədələdiyi deyilir.

İran və Fransadan sonra Zəngəzurda Rusiyanın da konsulluğu açıqlacaqmı? İrəvan hakimiyyəti niyə məhz bu ərazidə Moskva təmsilçilyinin olmasından çəkinir?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Fransanın Gorusda konsulluq açmaq qərarı təkcə regional diplomatik balansı deyil, həm də Cənubi Qafqazda geosiyasi maraqlar toqquşmasını önə çıxarır:

“Bu addımın ardınca Rusiyanın reaksiyası gözlənilən idi. Moskva Zəngəzurda Fransa və İran kimi dövlətlərin möhkəmlənməsini strateji risk kimi dəyərləndirir. Qafanda rus konsulluğunun açılmasının davamlı olaraq ertələnməsi isə Kremlin narahatlığını daha da artırıb və bu səbəbdən məsələ artıq xəbərdarlıq və təzyiq mərhələsinə keçib.

Əgər Rusiya da bölgədə konsulluq açarsa, bu, Zəngəzur vilayətini böyük güclər arasında rəqabət məkanına çevirə bilər. Bu isə Ermənistan üçün həm diplomatik təzyiqləri artırır, həm də təhlükəsizlik müstəvisində risklər yaradır”.

Elçin Mirzəbəyli

Politoloq bildirib ki, Ermənistan hakimiyyətinin Rusiyanın bölgədə konsulluq açmasına ehtiyatla yanaşması təsadüfi deyil:

“Bu, həm Qərbə yaxınlaşma kursunun nəticəsidir, həm də Moskva ilə münasibətlərdəki gərginliyin əlamətidir. Ermənistan, mövcud geosiyasi reallıqların dəyişəcəyinə ümid edərək balanslı xarici siyasət yürütməyə çalışır, lakin bunu saxlamaq getdikcə çətinləşir.

Nəticə etibarilə Zəngəzur bölgəsində artan diplomatik fəallıq bölgənin gələcəyinə dair geosiyasi rəqabətin intensivləşdiyini göstərir. Ermənistan hökuməti bu rəqabətdə öz milli maraqlarını necə qoruyacağını hələ də tam müəyyənləşdirə bilməyib. Rusiya-Ukrayna müharibəsi fonunda, xüsusilə daxili təhlükəsizlik sahəsində Moskvanın nüfuzuna dəyən zərbələr, İrəvanın bu məsələdə daha sərbəst davranmasına zəmin yarada bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri