Icma.az
close
up
RU
Ermənistanın silahlandırılması sülh perspektivlərinə zərbə vurur

Ermənistanın silahlandırılması sülh perspektivlərinə zərbə vurur

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Silahların və hərbi sursatın müdafiə və yaxud da, hücum xarakterinə görə bölünməsi kifayət qədər şərti bölgüdür. Çünki heç elə bir silah, hərbi sursat növü xatırlamaq olmaz ki, onun ya hücum məqsədi ilə, ya da müdafiə məqsədi ilə istifadə olunmalı olduğunu deyə biləsən". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, istənilən növ silah və hərbi sursatlar həm hücum xarakterlidir, həm də müdafiə xarakterlidir: "Xüsusilə də, indiki şəraitdə, yəni silah və sursatların ən modern texnologiyalarla hazırlandığı şəraitdə konkret bölgü aparmaq mümkünsüzdür ki, bunlar hücum silahıdır, digərləri isə müdafiə xarakterlidir.

İkinci tərəfdən söhbət Amerikanın indiki şəraitdə Azərbaycanı və Ermənistanı silahlandırmaq məsələsində eyni müstəvidə qoymasının yolverilməzliyindən gedir. Əgər doğrudan da, Amerika Azərbaycana və Ermənistana bu silahları "hücum silahları olmasın, yalnız müdafiə xarakterli silahlar olsun" məntiqi ilə verirsə, burada bir məntiqsizlik əmələ gəlir. Ona görə ki, Amerikada Azərbaycanın və Ermənistanın hələ sülh sazişi imzalamadıqlarını və faktiki müharibə vəziyyətində olduqlarını bilirlər. Belə bir şəraitdə Amerika əgər Azərbaycana da, Ermənistana da müdafiə xarakterli silahlar verirsə, onda sual yaranır ki, Amerika bu tərəfləri kimdən müdafiə etmək istəyir? Azərbaycanın, Ermənistanın kimdən müdafiəsı haqqında düşünür? Bu, sübut edir ki, Amerika departamentindən verilən bu izah lazımi qədər məntiqsizdir".

"İkinci tərəfdən Azərbaycanın və Ermənistanın silahlanma məsələsində eyni müstəviyə qoyulması başqa nöqteyi nəzərdən də yolverilməzdir. Çünki Azərbaycan Ermənistanın 30 illik təcavüzündən yenicə qurtarıb, torpaqlarını azad edib, sülh sazişinin imzalanması üçün ardıcıl çabalar göstərir. Amma Ermənistan hələ sülh sazişini imzalamayıb. Azərbaycana qarşı revanşist və ərazilərin yenidən işğal olunması iddialarından hələ də əl çəkməyib. Belə bir şəraitdə Amerikanın Azərbaycanı və Ermənistanı eyni dərəcədə silahlandırması yenə də məntiqsiz görünür. Nəhayət, onu da deyək ki, indiki şəraitdə Ermənistanın silahlandırılması bütün hallarda bu bölgədə sülh perspektivlərinə sarsıdıcı zərbə vurur. Belə bir faktı da unutmaq olmaz ki, Amerikanın Azərbaycana dövlət səviyyəsində yardımı qadağan olunduğu halda Ermənistan belə bir qadağanın altında deyil. Ermənistan istədiyi səviyyələrdə, istiqamətlərdə Amerika ilə əməkdaşlıq edə bilir. Bir sözlə, Amerika Dövlət Departamentinin verdiyi bu izah reallığa adekvat deyil. Əslində Amerikanın Azərbaycana və Ermənistana, təcavüzkara və təcavüz qurbanı olmuş dövlətə əsassız şəkildə eyni müstəvidə baxdığını nümayiş etdirmək cəhdidir. Ancaq Amerikanın bu cəhdi uğursuzdur" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri