Icma.az
close
up
RU
Ermənistanın sözü ilə əməli yenə üst üstə düşmür, sülhdən bəhs edən İrəvan militarizm siyasəti yürüdür

Ermənistanın sözü ilə əməli yenə üst üstə düşmür, sülhdən bəhs edən İrəvan militarizm siyasəti yürüdür

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan edən Ermənistan buna paralel şəkildə sürətli şəkildə silahlanmağa davam edir. Prosesdə Ermənistanın havadarlarının da rolu az deyil və onlar da bu ölkənin militaristləşdirilməsində əsas təkanverici qüvvələrdən biridir.  Ermənistanın özünün buna zəmin yaratması, eyni zamanda Azərbaycanla sülh müqaviləsinin mümkün qədər tez imzalanmasıan hazır olduğunu bəyan etməsi isə bu ölkənin ikiüzlü siyasətinin növbəti təzahürü hesab oluna bilər.

Hazırda bir neçə məqam iki ölkənin sülh əldə etməsinə ciddi maneə yaradır. Bunlar ilk növbədə beynəlxalq instansiyalarda biri-birinə qarşı iddiaların geri götürülməsi və  sərhəddə üçüncü qüvvənin yerləşdirilməməsidir. Bundan əlavə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılması, Zəngəzur dəhlizinin açılması da iki ölkə arasında gələcək əməkdaşlıq üçün əsas şərtlər sırasında yer alır. Düzdür, sonuncular sülh müqaviləsində birbaşa təsbit edilməyib, lakin əməkdaşlıq əlaqələrinin qurulmasında fundamental əhəmiyyət kəsb edirlər.

Ermənistan tərəfindən səslənən məlumatlardan belə qənaət hasil olur ki, sadalanan məqamlar üzrə yaxın tezlikdə müəyyən dəyişikliklər ola bilər. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edir ki, Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır: “Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”. Qeyd edilməlidir ki,  bu qanunvericilik aktında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Ermənistan mediası yazır ki, yeni konstitusiya layihəsində bu iddialar aradan qaldırılması üçün müvafiq işlər görülüb.   Konstitusiya dəyişikliyi üçün Ermənistana müəyyən zaman lazım olsa da, bu ölkənin sülh naminə operativ şəkildə həyata keçirə biləcəyi digər hallar da var. Məsələn, Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan ölkəmizlə birlikdə ATƏT-in Minsk qrupunun ləğvi məqsədilə sözügedən qurum rəhbərliyinə müraciət edə bilər. Ümumiyyətlə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə hər hansı ehtiyac da qalmayıb və onun mövcudiyyətini davam etdirməsi absurd xarakterə malikdir. 

Diqqət cəlb edən daha bir məsələ Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlamalarıdır. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan beynəlxalq platformalardan bir-birinə qarşı iddiaları geri götürməyi, dövlətlərarası sərhəddən üçüncü tərəflərin çəkilməsi məsələsini də müzakirə edirlər. Bütün bunların həllini tapması fonunda perspektivdə Zəngəzur dəhlizinin açılma ehtimalı da yüksək hesab olunur. Ancaq sülh və əməkdaşlıq barədə səsləndirilən fikirlərə paralel şəkildə Ermənistan silahlanma prosesini də sürətləndirir. Özü də bu, o kontekstdə baş verir ki, ölkədə revanşizm meylləri hələ də güclüdür, faşizm ideologiyasına sadiqlik qorunur. Bundan əlavə, müəyyən kənar güclər, məsələn, Fransa Ermənistanı yeni qarşıdurmalara sövq edərək, Cənubi Qafqazda xaotik vəziyyətin yaranmasına can atır. Təbii ki, belə vəziyyətdə Ermənistanın silahlanması narahatlıq doğurmaya biməz.

Bu gün Ermənistan Fransa, Hindistan tərəfindən aktiv şəkildə silahlandırılır. Prosesdə digər qüvvələr, məsələn, Yunanıstan da iştirak edir. Adıçəkilən ölkələrin Ermənistana hansı silahları tədarük etdiyi, özü də bunların mütləq əksəriyyətinin hücum silahları olduğu bəllidir. Daha bir təhlükəli nüans ondan ibarətdir ki, Avropa İttifaqının Ermənistan ərazisindəki monitorinq missiyası da kəşfiyyat xarakterli məlumatları toplayaraq erməni hərbi-siyasi rəhbərliyinə ötürür. Artıq mediada yayılan və ictimailəşən məlumatlardan məlum olur ki, sözügedən missiyanın sərhəd boyunca, xüsusilə də mümkün toqquşma zonalarında kəşfiyyat işləri fəal xarakter almağa başlayıb. Missiyada yer alanlar sistematik olaraq əraziləri araşdırırlar, Azərbaycan Ordusunun dislokasiyasını təhlil edirlər.

Bütün bu qeyd edilənlərə Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında  toxunaraq qeyd edib: “Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir”. Dövlət başçısı bildirib ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır:  “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.

Qeyd edilənlər bir daha təsdiq edir ki, regionda Ermənistan və havadarları sülh və əməkdaşlıq üçün ciddi təhdidlər yaradır, eyni zamanda İrəvanın sözü ilə əməlinin yenə üst-üstə düşmür. Halbuki, yeni toqquşmalar Ermənistanın özü üçün fəlakətdən başqa heç nə vəd etmir. Ermənistan  bütün həlledici parametrlər,  o cümlədən hərbi baxımdan Azərbaycandan dəfələrlə  zəifdir. İki ölkə arasında fərq bundan sonra da Azərbaycanın lehinə böyüməkdə davam edəcək. Bununla belə, Azərbaycan davamlı sülhün tərəfdarıdır və müvafiq fəaliyyət həyata keçirir. Lakin ölkəmiz istənilən təxribata və təhlükəsizliyinə xələl gətirəcək hər hansı hala adekvat cavab verməyə də tam hazırdır.

Mövcud vəziyyətdə Ermənistanın böyük güclər arasında yeni geosiyasi toqquşma məkanına çevrilmək üzrə olması da diqqətdən yayınmır. Belə toqquşma məkanı olan ölkələrin dağıdıcı nəticələrlə üzləşməsi, inkişafdan çox geridə qalmalarına dair günümüzdə də kifayət qədər nümunələr var. Halbuki, Azərbaycanla sülh müqaviləsi imzalayıb, əməkdaşlığa başlayacağı halda Ermənistan bu təhlükədən də xilas ola bilər. Sülh məsələsində Azərbaycanın təkliflərinin qəbulu Ermənistanın mövcudiyyətini davam etdirməsi, inkişafı üçün əslində, yeganə seçim variantıdır.   Bu ölkənın Azərbaycanın yaratdığı reallıqlarla barışması və bu əsasda fəaliyyətdən başqa yolu yoxdur.

MTM Analitik Qrup

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see196

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see187

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see186

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see176

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see160

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see145

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see143

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see142

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see142

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see135

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see134

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see129

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see127

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see124

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see123

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see121

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri