Millət vəkili: Ermənistan hökumətinin sözü ilə əməli üs üstə düşmür
Icma.az, Sherg.az saytına istinadən bildirir.
"Sülh istəyən dövlət, öhdəliklərini yerinə yetirməlidir"
"...hər an genişmiqyaslı müharibə baş verə bilər"
"Sülh müqaviləsinin imzalanması bölgənin təhlükəsizliyini təmin etmək deməkdir"
"Ermənistanın sürətlə silahlanması İrəvanda hər addımda sülhdən dəm vuranların siyasətinin uzlaşmadığının göstəricisidir".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, Ermənistan hökumətinin sözü ilə əməli üs-üstə düşmür:

"Ələlxüsus, son günlər Azərbaycan-Ermənistan şərti sərhədində atəşkəsin pozulması, binokl şousu iştirakçılarının təxribatlarının intensiv xarakter alması yeni şübhələrə yol açır. Bunlar Ermənistan rəhbərliyinin mahiyyətini göstərir. Sülh istəyən dövlət, öhdəliklərini yerinə yetirməli, sülh müqaviləsinə maneçilik törədən amilləri aradan qaldırmalıdır. Dünyada və regionda baş verən prosesləri təhlil etdikdə görürük ki, hər an genişmiqyaslı müharibə baş verə bilər. Ona görə də, Ermənistan siyasi hakimiyyəti başa düşməlidir ki, sülh müqaviləsinin imzalanması, bölgənin təhlükəsizliyini təmin etmək deməkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 11 Mart 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















