Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Ermənistanın sülh sazişi üzərində oyunu: Bakı tələsmir

Ermənistanın sülh sazişi üzərində oyunu: Bakı tələsmir

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Anar Həsənov: “Sülh sazişi o zaman mümkün olacaq ki, Ermənistan tərəfi Azərbaycanın tələblərini yerinə yetirəcək”

Son 15 gündə Ermənistandan sülhlə bağlı çoxsaylı bəyanatlar səsləndirilir. Ermənistanın Baş naziri Nikol Paşinyan başda olmaqla bir çox erməni rəsmi İrəvanın sülhə hazır olduğunu bəyan edir, sazişin tezliklə bağlanmasını istədiklərini bildirirlər. Sülh sazişi layihəsi üzərində işlərin yekunlaşdığını həm Bakı, həm də İrəvan bəyan etdikdən sonra sülh sazişinin imzalanması gündəmin əsas mövzusuna çevrilib.

Rəsmi Bakının isə sülh sazişi ilə bağlı bəyanatlarında tələskənlik müşahidə edilmir. Çünki Azərbaycan tərəfinin Ermənistandan tələb etdiyi iki əsas şərt yerinə yetirilməyib: Ermənistan Konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk Qrupundan imtina barədə birgə müraciət. Həmçinin Ermənistanın işğal illərində Azərbaycana vurduğu ziyanların kompensasiyası məsələsi də Azərbaycanın tələbləri sırasındadır. Bununla yanaşı, Azərbaycan ayrılmaz hissəsi olan Naxçıvana yolun – Zəngəzur dəhlizinin açılmasını istəyir ki, Ermənistan dəhliz məntiqinə razı olmadığını bəyan edir.

Ermənistanın sülh sazişi bəyanatları ilə manipulyasiya etdiyini düşünən ekspertlər hesab edirlər ki, İrəvan özünü sülhpərvər göstərməklə dünyanın diqqətini münaqişəyə yönəltməyi, ölkəmizə qarşı beynəlxalq təzyiqlər yaratmağı hədəfləyir. Analitiklər hesab edirlər ki, Ermənistan yaxşı anlayır ki, Bakı şərtləri yerinə yetmədən sazişi imzalamayacaq.

Məsələ ilə bağlı AYNA.AZ-ın suallarını Moskvada yaşayan azərbaycanlı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov cavablandırıb. Onun sözlərinə görə, Ermənistan tərəfinin Azərbaycanı sülhə çağırması Bakıdan müsbət cavablandırılmayacaq:

- Adama nə qədər deyərlər, nə qədər bəyanat verərlər ki, əvvəlcə iki əsas şərt yerinə yetirilir, sonra sülh sazişinin imzalanmasından danışmaq olar. Biz onsuz da kommunikasiyaların açılması məsələsini sülh sazişindən ayırmışıq. Bu, əlbəttə, güzəşt deyil. Halbuki Ermənistan da, biz də, dünya da bilir ki, Zəngəzur dəhlizi açılacaq. Çünki Zəngəzur dəhlizi Azərbaycan vətəndaşının haqqıdır. Bu dəhliz beynəlxalq yol deyil, Azərbaycan vətəndaşının ölkənin bir hissəsindən digərinə getməsinin təmin olunması üçündür. Polşalılar, latışlar, litvalılar Rusiyanı sevməyə bilərlər, amma Rusiya vətəndaşına Kalininqrada getməsi üçün icazə verirlər. Bundan imtina edə bilməzlər. Sivil dünya rusa deyə bilməz ki, Kalininqrada quru yolla, asan şəkildə gedə bilməzsən. Eləcə də, Ermənistan Azərbaycan vətəndaşının bu haqqını tanımaya bilməz. Biz bilirik ki, gec-tez, həmin prinsipi tətbiq edəcəyik. Ona görə də, Zəngəzur dəhlizi məsələsi sülh sazişi layihəsindən ayrıldı. Lakin Azərbaycanın iki şərti var ki, onu İrəvan yerinə yetirmir. Belə olan halda sülh bəyanatının mənası qalmır.

Sual olunur: İrəvan niyə Minsk Qrupunun de-yure ləğvi üçün Azərbaycanla birgə ATƏT-ə müraciət etmir? Əlbəttə, bunu Fransa qoymur. Çünki Paşinyan hakimiyyəti özündə cəsarət tapıb belə bir müraciəti etsə, Fransa bundan qəzəblənəcək. Minsk Qrupu Fransaya imkan verir ki, Qarabağdan gedən ermənilərin qayıtmasına şərait yaradılmasını istəsin. Fransa Minsk Qrupunun həmsədri olduğu üçün legitimlik qazanır və Azərbaycana deyə bilir ki, qaçan ermənini geri qəbul elə. Digər platformalarda Paris Azərbaycanın üzərinə gələ bilmir. Ona görə də məlumdur ki, Ermənistan bu rıçaqdan imtina etmək istəmir. Eyni zamanda, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən maddə var. Bu maddə ləğv edilmədən sülh sazişinin imzalanmasına çağırış gülməlidir. Ermənistan sülh istəyirsə, o zaman niyə şərtlərə əməl etmir?

Bilirsiniz, Ermənistanın bu çağırışlarının şübhəli olduğunu Azərbaycan rəhbərliyi bilir. Ona görə də müsbət cavab verilmir. Əminəm ki, Azərbaycan Prezidenti, Moskva Dövlət Universitetinin professoru olan İlham Əliyev dünyanın yeni düzənini çox gözəl bilir. Cənab Əliyev onu da anlayır ki, Azərbaycanın əraziləri 86.6 min kvadrat kilometr deyil, daha çoxdur. Bolşeviklərin ermənilərə hədiyyə etdiyi ərazilər də geri qayıtmalıdır. Ona görə də, Bakı tələsmir.

- Amma Azərbaycan sülhü istəməyən ölkə kimi təqdim edilir ki, bu, ölkəmizin ziyanına deyil?

- Məsələ haqlı olmaqdadır. Azərbaycan tərəfi haqlıdır, ona görə də bizi sülhdən qaçmaqda ittiham etmək mənasızdır. Birincisi, ilk dəfə sülh sazişi imzalamağı Ermənistana Azərbaycan tərəfi təklif edib. Beş ildir ki, Ermənistan müxtəlif vasitələrlə bundan yayınır. İndi nə deyirik: şərtləri yerinə yetirsinlər, sülh olsun. İkincisi, Azərbaycan tələblərini artırırsa, bu mövqeyində də haqlıdır. Biz Ermənistanın işğalını, Azərbaycana vurduğu maddi və mənəvi ziyanları unuda bilmərik. Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyan utanmaz-utanmaz deyir ki, bizim məqsədimiz azərbaycanlıları qovmaq idi, Qarabağda da, Qərbi Azərbaycanda da bunu bacarıblar. Sizcə, bu sözləri Azərbaycan rəhbərliyi unuda bilər? Ona görə də, tələblər artırsa, bu, haqqımızdır.

- Təcrübə göstərir ki, belə bəyanatlar səsləndiriləndə Azərbaycanı Ermənistanın havadarları günahlandırırlar...

- Kim günahlandıracaq? Hansı dünya ölkəsi günahlandıracaq. Biz şərti sərhəddə mövqelər tutmuşuq, ordumuz strateji yerlərdədir. Ermənilər yaxalarını cırırlar ki, guya Azərbaycan onların ərazilərini işğal edib. Bizi oradan kim çıxardı? Bu gün Ermənistana havadarlıq edən güclərin özlərinin köməyə ehtiyacı var. Ətrafımız dost, qardaş ölkələrdir, Azərbaycanla hesablaşan qüvvələrdir. Biz niyə qorxmalıyıq?! Hansı dünya ictimaiyyəti qalıb ki, bizə təzyiq etsin?! Bilirsiniz, beynəlxalq hüquq qarşısına çıxarılacaq dəmir arqumentlərimiz var. Faktiki olaraq, sülh sazişi imzalanmayıb, bunun da səbəbkarı Ermənistandır. İrəvan Bakının şərtlərini yerinə yetirmir. Eyni zamanda, Zəngəzur dəhlizi üzərində oyun oynayırlar. Gah deyirlər Ermənistanın suverenliyi pozulur, gah deyirlər Rusiya hərbçiləri yola nəzarət edə bilməz, gah deyirlər dəhliz yox, yol məntiqi olmalıdır. Bir sözlə, Azərbaycan vətəndaşının öz ölkəsinin bir ərazisindən digər ərazisinə sərbəst keçid haqqını pozurlar. Eyni zamanda, hazırda Azərbaycanın 4 kəndi erməni işğalındadır. Üstəlik, Ermənistan hücum silahları almaqda davam edir. Və hər gün Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bütün bunlar Azərbaycan tərəfinin beynəlxalq hüquq qarşısında əks-arqumentləridir. Ona görə də, Azərbaycanı qınamaq absurddur. Qınayan olsa da, bunun heç bir nəticəsi olmayacaq.

- Sülh sazişi yox, cərçivə sənədi imzalana bilərmi? Çünki sülh sazişi mətni üzərində iş yekunlaşıb və belə hesab edilir ki, cərçivə sazişi imzalanması gözləniləndir. Ermənistan şərtləri yerinə yetirdikdən sonra isə yekun sazişin ola biləcəyi bildirilir...

- Məsələ burasındadır ki, çərçivə sənədi imzalanmamışdan qabaq Azərbaycan Zəngəzur dəhlizinin açılacağı ilə bağlı yüz faizlik təminat istəyəcək. Ermənistan isə buna razı olmayacaq. Eyni zamanda, Azərbaycan Ermənistandan hərbi cinayətkarları tələb edir – Ter-Petrosyanı, Robert Köçəryanı, Serj Sarkisyanı və digər caniləri. Onları isə Ermənistan bizə verməyəcək. Demək ki, çərçivə sazişinin imzalanması da şübhəlidir. Sülh sazişi o zaman mümkün olacaq ki, Ermənistan tərəfi Azərbaycanın tələblərini yerinə yetirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri