Icma.az
close
up
RU
Ermənistanın sülh sınağı

Ermənistanın sülh sınağı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İrəvan onu dincliyə və dirçəlişə aparan yolu “minalardan” təmizləməlidir

Sülh marafonu özünün son dayanacağına yaxınlaşdıqca, onun yoluna düzülmüş maneələrin, basdırılmış minaların aradan qaldırılması, təmizlənməsi heç də asan başa gəlmir. Həmin maneələrin tək “memarı” Ermənistan hakimiyyətidir. Xəstə hay təfəkkürünün məhsulu sayılan, sülhə badalaq vurmağa hesablanmış belə maneələrdən ikisini yada salaq. İndi erməni siyasətçilərinin, eləcə də siyasətlə əlaqəsi olmayan şəxslərin qardaş Türkiyə ərazisində yerləşən Ağrıdağ dağının təsvirinin dövlətin rəsmi atributları sırasına salınmasının qonşu ölkəyə qarşı təcavüzkar meyillərin təzahürü olduğunu etiraf etməkdən boyun qaçırmalarını hansı məntiqlə izah etmək mümkündür? Bu fakt, sadəcə, iki ölkə arasında yumşalmaya doğru gedən münasibətlər fonunda, yumşaq ifadə etsək, saxta tarixi keçmişin “yadigarı”, dialoqa xələl gətirən vəziyyətdir.

Yaxud Azərbaycan–Ermənistan münasibətlərinin normalaşmasını birbaşa təhdid edən fakta nəzər yetirək. Ermənistan konstitusiyasında hələ də ölkəmizin suveren ərazisinə qarşı ərazi iddiasını özündə ehtiva edən müddəaların qalması Nikol Paşinyanın bəyan etdiyi hansı “xoş niyyətdən” xəbər verir? Baş nazir baş qanuna zəruri dəyişiklikləri nə vaxt reallaşdıracaq? Ortalıqda bu kimi ciddi suallar doğuran başqa məsələlər də var.

***

Biz ilk növbədə separatçıların torpaqlarımızda basdırdıqları gizli minalardan danışırıq. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyasındakı çıxışında Ermənistanın işğalı zamanı torpaqlarımızda yerləşdirdiyi minaların yaratdığı təhlükəni münaqişədən sonrakı dövrdə ölkəmizin üzləşdiyi ən ciddi humanitar problemlərdən biri kimi xarakterizə edib. Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən, 2020-ci ilin noyabr ayından indiyədək mina partlayışları nəticəsində 400-dən çox Azərbaycan vətəndaşı, hərbçisi həlak olub və ya ağır yaralanıb. Aydın məsələdir ki, mina təhlükəsi keçmiş məcburi köçkünlərin rahat şəkildə doğma yurdlarına qayıtmasına, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrinin həyata keçirilməsinə mane olur. Baş Assambleyanın sessiyasındakı çıxışında İlham Əliyev qeyd edib ki, 1990-cı illərin əvvəllərindən Ermənistanın təcavüzü və işğalı nəticəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi xüsusi diqqət və Ermənistan tərəfindən lazımi tədbirlərin həyata keçirilməsini tələb edir. Bütün bu maneələrin aradan qaldırılması üçün rəsmi İrəvan siyasini iradəsini toplayıb, qolunu çırmayıb konkret iş görməlidir. Sadalamadığımız başqa maneələr də var.

***

Beləliklə, məntiqli sual yaranır: əgər Ermənistan cəmiyyətinin müəyyən təbəqələri “Ağrıdağ möhürü” məsələsinə görə qəzəblənirsə, onlar qlobal problemləri – istər öz konstitusiyasına dəyişiklik olsun, istərsə də mina problemini həll etsin, rasional, məntiqli və emosional şəkildə həll etməyə qadirdirmi? Baxmayaraq ki, bu istiqamətdə atıla biləcək ilk addım elementar görünür: İrəvan Bakıya ərazimizdəki minalanmış sahələrin faktiki xəritələrini verməlidir. Sülhə hamıdan çox can atdığını deyən rəsmi İrəvan bu işi ləngitmədən görməlidir.

Məlum olduğu kimi, Ermənistana tranzit yüklərin daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması kontekstində Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına səsləndirdiyi minnətdarlığın ardınca baş nazir Nikol Paşinyan bəyan edib ki, İrəvan Bakı ilə Tbilisi arasında dostluq münasibətləri modelindən ilhamlanıb. O, bu təcrübəni Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində tətbiq etmək arzusunda olduğunu bildirib. Bu zaman yaxın tarixin dərslərinə istinad edən Paşinyan daxildəki siyasi rəqiblərinə xitabən deyib ki, “bir-birimizlə mübarizə aparmaqla ən vacib şeyi – dövlətimizi və müstəqilliyimizi itirə bilərik”.

Bəli, bu gün iki ölkə arasında bərqərar olmuş sülhün institusionallaşdırılması son dərəcə vacib məsələdir. Cəmi bir il bundan əvvəl Ermənistan baş nazirinin Azərbaycan Prezidentinə təşəkkür edəcəyini təsəvvür etmək belə çətin idi. Bu, ən azı, Paşinyanın ritorikası baxımından ümidverici səslənir. İntəhası, sözləri əməllərlə dəstəkləmək daha vacibdir. Prosesin gedişində başqa bir cəhət də ortaya çıxır: Ermənistan cəmiyyəti Azərbaycanın sülhsevər addımlarını nə dərəcədə səmimi qəbul edir? Sual paradoksal səslənə bilər, amma çətin ki, kimsə sülhdə, dinc-yanaşı yaşamada və inkişafda maraqlı olmasın. Amma İrəvanın sərgilədiyi bəzi aydın və sağlam mövqeyi ilə yanaşı, daxildəki bəzi qüvvələrin davranışları o qədər də aydın deyil. “Kilsənin cəmiyyətdəki rolunu zəiflətmək məqsədilə təqiblərdən” danışan müxalifət əmindir ki, iqtidar “erməni kimliyinin tarixi və mənəvi əsasını silməyə çalışır”. Guya məqsəd “Türkiyə–Azərbaycan tandeminin Ermənistanın rolunu müəyyənləşdirməyə yönəlmiş tələblərini təmin etmək”dir. Təkcə bu fakt Ermənistan cəmiyyətində bəzi qüvvələrin Azərbaycan xalqına nə dərəcədə açıq-aşkar düşmən münasibət bəslədiyini nümayiş etdirmək üçün kifayətdir. Buraya “keçmiş” qruplaşmaların revanşist çağırışlarını da əlavə etsək, onların ətrafında “yeni” qruplaşmalar arasından dəstək şəbəkələri formalaşdığını müşahidə edə bilərik. Bəli, bəziləri deyə bilər ki, bu cür bəyanatlar müxalifətçilərdən gəlir. Bəs erməni mediası tərəfindən tirajlanan belə məkrli təbliğat cəmiyyətdəki anti-Azərbaycan əhvali-ruhiyyəsinin mahiyyətini dəyişirmi? Yoxsa, əksinə, nifrət ritorikasının dövriyyədən çıxmamasına xidmət edir? Ritorik suallardır.

Amma müsbət tendensiyanı da qeyd etmək lazımdır. Ermənistan hökumətinin 11 sentyabr 2025-ci il tarixli fərmanının 1-ci hissəsinin 4-cü bəndinin qüvvədən düşmüş hesab edilməsi tələbi ilə inzibati məhkəməyə müraciət edilib. Bu fərmana əsasən, bu il noyabrın 1-dən Ermənistanın dövlət sərhədini keçərkən istifadə olunan möhürdən Ağrıdağ dağının təsviri çıxarılacaq.

Bu məqamda Ermənistanın Rusiyadakı hazırkı səfiri Qurgen Arsenyanın açıqlaması maraq doğurmaya bilməz: “Ermənistan və Türkiyə arasında barışıq yolunda istənilən addımı dəstəkləyərək, qonşularla yaxınlaşma üçün siyasi imkanları əldən vermək olmaz”. Yəqin o da reallığa açıq gözlə baxan əksər erməni valideynləri kimi, övladının “anti-türk isteriya şəraitində böyüməsini istəmir. Yəni biz Ermənistan cəmiyyətində zaman-zaman ayıq fikirlərin səsləndiyini də görürük. İndiki mərhələdə Ermənistan cəmiyyəti ilk növbədə özünü yoxlamalıdır: o, həqiqətən bütün kommunikasiyaların açılması ilə yanaşı, regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasını arzulayırmı?

Azərbaycan təbii ki, Ermənistanın daxili işlərinə qarışmır. Əksinə, təkcə bu gün deyil, həm də gələcək üçün aktual olan məsələləri ön plana çıxarmağa çalışır. Bakı təkcə ikitərəfli münasibətlərin normallaşması üçün deyil, həm də bütün Cənubi Qafqaz üçbucağının perspektivlərini nəzərə alaraq qonşularının tərəqqisi naminə hər cür şəraiti yaratmağa çalışır. İrəvanın isə sülhün hamar yoluna çıxmaqdan və Azərbaycanın əlini sıxmaqdan başqa seçimi yoxdur.

Tofiq ABBASOV,
siyasi icmalçı

Ermənistan indi yolayrıcındadır. Köhnə sistemlə yeniləşmə arasında böyük təzadları, qarşıdurma meyillərini görürük. Bölgədə sülhün yolunu şumlayan, onun sahəsini qeyri-sabit məkana çevirən Ermənistan özü olub. Əsrlər, minilliklər dəyişsə də, erməni xisləti dəyişmir.

Bu gün ermənilərin ehtiyac duyduğu milli doktrina və antiböhran konsepsiyasıdır. Onların elitası, siyasi qüvvələri bu konsepsiyasını işləyib ortaya çıxarmalıdır. Bir halda ki, rahat diskurslardan biri qonşulara qarşı ərazi iddialarıdır, əlbəttə, bu ölkə, bu xalq normal yaşaya bilməyəcək. Amerika hindularının torpaqla bağlı maraqlı bir deyimi var. Deyir ki, biz bu torpağı böyüklərimizdən pay almamışıq, onu xələflərimizdən icarəyə götürmüşük. Yəni gələcək nəslə borcumuz olduğunu unutmamalıyıq. Ona görə heç bir xalq əlində olan doğma mirası itirmək istəmir. Ermənilər bəlkə də yeganə xalqdır ki, dünyanın dörd tərəfinə səpələniblər, bütün qitələrə pərən-pərən düşüblər. Əgər bunlarda vətən eşqi olsaydı, nədən bu cür hər yana dağılıblar?

Guya, Azərbaycanın da bunlara torpaq borcu var. Fantaziyalarına güc verir, mifləri gerçəklik kimi qəbul etmək istəyirlər. Bunu da beynəlxalq ictimaiyyətin beyninə salmağa çalışır, qonşuların onlara borclu olduğunu bəyan edirlər. Əlbəttə, uydurduqları tarixin heç bir dəyəri yoxdur və sonda hayların özünə də faydası olmayacaq.

Ermənistan özünün inkişaf paradiqmasını yenidən işləməlidir. Sülh yoluna düzdüyü minalardan özlərini xilas etməkdən ötrü, ilk növbədə, ideoloji yanaşma və diskurslar dəyişməlidir. Əgər erməni xalqı qarşıya qoyduğu hədəflərin sırasında inkişafı, intibahı, dünya millətlər birliyində durmağı görmürsə, onda daim yanlış yolda olacaq. Belə başa düşürəm: artıq Nikol Paşinyan mifik Ermənistanı real Ermənistana çevirmək planının hansı məntiqə söykəndiyini yaxşı anlayır. Bu məntiq deyir ki, özümüzü də, soydaşlarımızı da, dünya birliyini də aldatdığımız bəsdir. Bu baxımdan Paşinyanın götürdüyü kursu düzgün hesab etmək olar. O, köhnə düşüncə və köhnə yolla gələcəyə gedib çıxa bilməyəcəklərini bilir.

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri