Icma.az
close
up
RU
Elçin Mirzəbəyli: “Sülh Ermənistanın xilası yoludur” “Sülh Ermənistanın xilası yoludur”

Elçin Mirzəbəyli: “Sülh Ermənistanın xilası yoludur” “Sülh Ermənistanın xilası yoludur”

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dövlətlərarası sənədlər kim tərəfindən imzalanmasından asılı olmayaraq, tərəflərin qarşılıqlı öhdəliklərini ehtiva edir. Bu, Ermənistan üçün mühüm mesajdır. Əgər Ermənistanda siyasi hakimiyyət dəyişsə belə, razılaşmanın əsassız şəkildə pozulması hüquqi president yaradar”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib:

“Düşünmürəm ki, Ermənistanda hansısa siyasətçi ABŞ-a qarşı getmək gücündə olsun. Eyni zamanda, beynəlxalq hüququ və mövcud reallıqları nəzərə alaraq, Azərbaycanın əleyhinə əsassız iddia irəli sürmək də onların cəsarətində deyil. Razılaşmanın pozulması halında Ermənistan yalnız Azərbaycanla deyil, Birləşmiş Ştatlarla da münasibətlərinə ciddi zərər vuracaq. Bu isə İrəvan üçün həm siyasi təcrid, həm də iqtisadi çöküş deməkdir”.

Deputatın sözlərinə görə, Vaşinqton razılaşması Ermənistan üçün uzun illər işğalçılıq siyasəti səbəbindən düşdüyü təcriddən çıxaraq tranzit ölkəyə çevrilmək üçün nadir şansdır:

“Zəngəzur dəhlizi regionun geoiqtisadi xəritəsini yenidən formalaşdırmaq gücündədir. Bu dəhliz yalnız yük və sərnişin daşımaları üçün deyil, həm də enerji resurslarının nəqli üçün alternativ yol yaradacaq. Dəhlizin açılması Çindən Avropaya uzanan Orta Dəhlizin mühüm qolu kimi çıxış edəcək.

Nəticədə, bu layihə İrana, Rusiyaya, Gürcüstana, Ermənistana və ən əsası Azərbaycana yeni imkanlar təqdim edir. Orta Dəhliz və Şimal–Cənub dəhlizinin daha intensiv fəaliyyəti yüklərin həcmini artıracaq, iqtisadi əlaqələri genişləndirəcək”.

Elçin Mirəzəbəyli onu da əlavə edib ki, Zəngəzur dəhlizi həm rentabelli, həm də prinsipial baxımdan bölgənin bütün dövlətlərinə Avropaya daha qısa və daha təhlükəsiz çıxış imkanı verəcək.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Avqust 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri