Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanda ajiotaj yaradan bir hadisə olub. Bu səfərin İrəvanda yaratdığı isterik reaksiya ilk növbədə onu göstərir ki, sülh haqqında danışılanların hamısı Ermənistan cəmiyyətində və bəzi siyasi dairələrində heç də birmənalı qarşılanmır.

Bu səfər ölkəmizdə akreditasiya olunmuş diplomatik korpusun bölgəyə ilk səfəri deyil və aydın məsələdir ki, son səfəri də deyil. Bu səfərlər informativ xarakter daşımaqla yanaşı həm də  Azərbaycanın ərazi bütövlüyünün bütün dövlətlər tərəfindən tanındığını və dəstəkləndiyini göstərir. Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və oralara kimin və nə üçün gedib – getməyəcəyi Azərbaycanın daxili işidir. Bu halda cəmiyyətdəki statusundan asılı olmayaraq hər hansı bir erməninin bu səfərə münasibət bildirməsi və hətta bunun hansısa bir şəkildə Ermənistana dəxli olması barədə narahtlıq ifadə olunması Azərbaycanın daxili işlərinə kobud müdaxilə olmaqla yanaşı, həm də Ermənistanın sülh danışıqlarından irəli gələn öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Belə görünür ki, İrəvanda yaşayanlar hələ də tarixin saxtalaşdırılması istiqamətində addımlar atmaq, gələcəkdə hansısa iddialar irəli sürmək üçün indidən “arxiv materialları” toplamağa çalışırlar.  Erməni alimləri heç zaman öz  tarixlərini tədqiq etməyiblər, onlar həmişə özlərinə saxta tarix uydurmağa cəhd göstəriblər. Onların “elmi” qənaətlərinə inansaq belə çıxır ki, onlar Yer kürəsinin hər bir bölgəsində və hamıdan əvvəl mövcud olublar. Bu mənada Qarabağ da onlar üçün istisna deyil. Ermənistan xalqımızın əsrlərlə yaşadığı Qarabağ torpaqlarında məscidləri, qəbiristanlıqları, tarixi yaşayış məntəqələrini və digər mədəni irsi sistemli şəkildə dağıdıblar. Erməni tarixçiləri Gəncəsər və Xudavəng kimi abidələri yalnız erməni irsi kimi təqdim etməyə çalışır, amma indiki Ermənistan ərazisində mövcud olmuş Azərbaycan tarixi-mədəni irsini tamamilə inkar edirlər. Belə təsəvvür yaradılır ki, guya Qarabağda tarixən yalnız ermənilər yaşayıb, ancaq Ermənistan ərazisində heç vaxt azərbaycanlı olmayıb. Məqsəd təkcə daşları yox etmək deyil, Azərbaycan xalqının həmin torpaqlardakı izlərini silməkdir. Qafqaz Albaniyası irsinə münasibət də bu siyasətin davamıdır. Dünya tarixşünaslığı Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğunu qəbul etdiyi halda, Ermənistan cəmiyyətində bu irsin inkar edilməsi faktiki olaraq tarixi həqiqətlərə qarşı dözümsüzlükdür. Bu isə beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və UNESCO prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Azərbaycan beynəlxalq konvensiyalara əsasən hansı tarixi sivilizasiyaya mənsub olmasından asılı olmayaraq öz ərazisində yerləşən bütün tarixi və mədəni-dini abidələri dövlət səviyyəsində qoruyur. Erməni alimləri və siyasətçiləri isə özlərinin real tarixini öyrənmək və ona sahib çıxmaq əvəzinə özgələrinə məxsus tarixi-mədəni irsi özününküləşdirməklə tarixi saxtalaşdırmaq yolunu seçiblər. Ona görə də vaxtaşırı olaraq öz “qədimliklərini” və guya bir zamanlar az qala bütün dünyaya sahib olduqları haqda cəfəng bir mülahizəni öz cəmiyyətlərinə sırımağa və beyinləri yumağa davam edirlər. Belə bir yanaşma tarixin tədqiqi  deyil, siyasi məqsədlə formalaşdırılan rasizm göstəricisidir.

Təəssüf doğuran başqa bir amil ondan iibarətdir ki, bəzi hallarda  radikal və revanşist müxalifət tərəfindən irəli sürülən cəfəng mülahizələr hakimiyyət sahiblərinin də şüuruna yol tapır. Ermənistanın hökümət başçısı Paşinyanın “Real Ermənistan” ideyasına xəyanət edənlər  vaxtaşırı revanşist dalğaya qoşulmaqla onları ruhlandırırlar.

Bu baxımdan Ermənistan parlamentinin sədri Ruben Rubinyanın 12–13 sentyabr 2022-ci il hadisələri ilə bağlı açıqlamaları və bu hadisələrin səbəbkarı olmuş təxribatçı millətçilərin xatirəsinin anılması məhz cəmiyyətə ötürülən mənfi siqnal kimi qiymətləndirilə bilər. Bu cür addımlar sülh prosesini sürətləndirmək əvəzinə, Ermənistan cəmiyyətində revanşist meyilləri daha da gücləndirməyə xidmət edir. Bu isə haqlı olaraq rəsmi İrəvanın sülh prosesindəki səmimiyyətinə şübhə doğurmaya bilməz.

Bu gün Qarabağ bölgəsinə diplomatik səfərə qarşı aparılan kampaniyanın koordinasiyalı olması barədə şübhələr erməni siyasətində sülh ritorikası ilə revanşist siyasətin paralel şəkildə mövcudluğunu göstərir.

Erməni cəmiyyəti anlamalıdır ki, Qarabağ və Şərqi Zəngəzur artıq mübahisə mövzusu deyil. Bu torpaqlar Azərbaycanın suveren idarəçiliyi altında yenidən qurulur və bölgəyə səfər edən diplomatlar yeni reallığı öz gözləri ilə yerində görürlər. Azərbaycanın Qarabağ bölgəsi də daxil olmaqla bütün əraziləri üzərində suverenliyi tarixi faktdır və  heç kim və heç vaxt onu inkar etməyə nail olmayıb. Suverenliyimiz isə müzakirə mövzusu deyil, beynəlxalq hüququn təsdiq etdiyi dəyişməz reallıqdır.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Sentyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri