Icma.az
close
up
RU
Ermənistanın yeni bir müharibəyə sürüklənməsi ona gətirib çıxaracaq ki...” Politoloq ŞƏRHİ Yeni Sabah

Ermənistanın yeni bir müharibəyə sürüklənməsi ona gətirib çıxaracaq ki...” Politoloq ŞƏRHİ Yeni Sabah

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər".

Prezident İlham Əliyevin bu fikirləri Cənubi Qafqazdakı geopolitik gərginliyi və Azərbaycanın regional təhlükəsizlik məsələlərinə dair narahatlığını ifadə edir.

Məlum olduğu kimi xüsusən Qərb dövlətləri və onların içindəki müəyyən güclər Ermənistanı müharibəyə sürükləməyə çalışır. Ermənistanın yeni bir müharibəyə sürüklənməsi isə, dövlətin mövcud vəziyyətinə ciddi təhlükələr yarada bilər. Bu həmçinin Cənubi Qafqazın təhlükəsizliyinə dair narahatlıqları da artırır.

Yenisabah.az xəbər verir ki, musavat.com-a mövzu ilə bağlı politoloq Asif Nərimanlı qeyd edib:

"İlham Əlitevin Zəfər günü münasibətilə xalqa ünvanladığı müraciətdə səsləndirdiyi iki fikri yaxın və uzaq perspektivdə həm dövlət, həm xalq olaraq, unutmamalıyıq.

Birincisi, Ermənistanın silahlandırılması və yeni müharibəyə hazırlanmasıdır. İlham Əliyev “Biz hər an yeni təxribata hazır olmalıyıq” deyir və hadisələrin inkişafı – ermənilərin hərbi müstəvidə dəstəklənməsi və Ermənistan üzərindən qurulan siyasi planlar – bu fikirlərin ritorika yox, kəşfiyyat məlumatlarına əsaslandığını deməyə əsas verir. Və ilkin hədəf Azərbaycan üzərində üstünlük qazanmaq deyil, bunun çətin olduğunu anlayırlar, həm də hansısa üstünlüyün qazanılması bu planda əlavə “qazanc” ola bilər. Hədəf mümkün təxribatlarla regionda siyasi daşları qarışdırmaq – danışıqlar prosesinin inkişafını dəyişdirmək, gündəliyi korekt etməkdir. Bu, sülh sazişindən bəhs edən Ermənistan rəhbərliyi üçün alternativ plandır.

İkincisi, qazandığımız Zəfəri qəbul edə bilməmələridir. İlham Əliyev deyir ki, “44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər”.

“Onu bizə bağışlaya bilmirlər” sözləri bu məsələdəki reallığı tam ifadə edir. Çünki Azərbaycan təkcə Şərqi Zəngəzuru yox, həm də Qarabağın azad edərək, Cənubi Qafqazda erməni separatizmini və onlar üzərində qurulan yüzillik planları məhv edib. Nə vaxtsa, az da olsa zəifləsək, əvəzini almaq üçün hazır vəziyyətdə gözləyirlər. Bunun olmaması üçün güclü olmalı və Ermənistanı daim nəzarətdə saxlamalıyıq: sülh müqaviləsi də ermənilərin maksimum güzəşti ilə imzalanmalıdır, əks təqdirdə, maksimum güzəşt əldə edilənə qədər gözləməliyik".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri