Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Ermənistanın yeni manipulyasiya cəhdi...

Ermənistanın yeni manipulyasiya cəhdi...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrəvan sülh sazişini yubatmaq üçün “səbəb” axtarır...

Ankara hər zaman ikitərəfli danışıqlarda Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini bildirir

İkinci Qarabağ müharibəsi Cənubi Qafqazla yanaşı, bütövlükdə, regionda yeni münasibətlər sisteminin qurulmasına zəmin formalaşdırıb. Mühüm bir mərhələni adlayan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi özündə həm də bölgənin yeni münasibətlər sisteminin qurulmasını əks etdirəcək. Başqa sözlə, “Qarabağ münaqişəsi”nin tarixə qovuşması və torpaqlarımızın işğaldan azad olunması yeni mərhələdə bölgə dövlətləri arasında istər siyasi, istərsə də iqtisadi əlaqələrin yeni müstəvidə təqdim olunmasını təmin edə bilər. Bunun üçün isə ilk növbədə, Ermənistan siyasi iradə nümayiş etdirməli, sülh şərtlərini yerinə yetirməli və yekun olaraq razılaşma sənədinə imza atmalıdır.

İrəvan unutmamalıdır ki, Ermənistan ilə Azərbaycan arasında gedən danışıqlar prosesi həm də özündə Cənubi Qafqazın gələcək şəkilləndirməsini birləşdirir - o baxımdan ki, bu proses paralel olaraq Ermənistan - Türkiyə münasibətlərinin yeni mərhələsi üçün mühüm zəmin yaradır. Xatırladaq ki, rəsmi Ankara 30 ildən yuxarıdır ki, rəsmi İrəvan ilə heç bir siyasi-iqtisadi əlaqəyə malik deyil. Bunun əsas səbəbi isə Ermənistanın apardığı işğalçı siyasət, Türkiyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları və qondarma “soyqırımı” nağıllarıdır.

Kostanyanın “arzuları”...

Amma görünən budur ki, Ermənistan regionda stabil və inkişafa yönəlik proseslərin başlanması üçün üzərinə düşənləri yerinə yetirmək əvəzinə, yenə də manipulyasiyaya əl atır. Sülh prosesini ləngitmək, uzatmaq üçün İrəvanın növbəti “oyunu” da görünür elə Türkiyə ilə aparılan danışıqlar prosesi üzərində fokuslanıb. Belə ki, Bəhreyndə keçirilən “Manama dialoqu” beynəlxalq forumunda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib ki, biz Türkiyə ilə münasibətlərin normallaşmasında səmimi şəkildə maraqlıyıq. “Hesab edirik ki, Ankara ilə münasibətlərin tənzimlənməsi Ermənistan və Azərbaycan arasında nizamlanma proseslərinə də müsbət təsir göstərə bilər. Amma onu da nəzərə alsaq ki, Ermənistan öz Qərb tərəfdaşlarına getdikcə yaxınlaşır, yəqin ki, sualımı məhz bu ünvana yönəltməliyəm: Türkiyə istər regionda, istərsə də Avropa Birliyi və Qərblə münasibətlərdə öz xarici siyasətini harada görür? Ermənistan Avropa İttifaqına yaxınlaşmağa can atır, Ermənistan xalqının Avropa istəkləri var. Sərhədlər açılsa, AB Gömrük İttifaqının da üzvü olan Türkiyə Ermənistanla AB arasında körpü ola bilər”.

Erməni nazir müavini öz fkirlərində bir sıra məqamları “hədəfə alır”:

- Azərbaycan ilə sülh müqaviləsi imzalanmadan Türkiyə ilə münasibətləri yaratmaq;

- Türkiyə vasitəsilə Qərbə ticari-iqtisadi inteqrasiya imkanları “axtarmaq”;

- Bölgədə yaranması nəzərdə tutulan çoxtərəfli əməkdaşlıq layihələrinə qarşı “mövqe” ortaya qoymaq.

Kostanyanın bu “fikirləri” daha çox sülh müqaviləsi üzərindən aparılan imitativ oyunun davam etdirilməsinə yönəlmiş kimi görünür. Amma ermənilər anlamırlar ki...

Türkiyə ilə Azərbaycan koordinasiyalı iş aparır...

Türkiyə ilə Ermənistan arasında gedən münasibətlərin normallaşması prosesi məhz Azərbaycanın mövqeyinin nəzərə alınması fonunda aparılır. Çünki rəsmi Ankara birmənalı şəkildə bu prosesdə Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini hər zaman açıqlayıb. Türkiyə rəsmiləri xüsusi olaraq qeyd edirlər ki, Türkiyə ilə Ermənistan arasındakı danışıqların nəticəsi məhz Azərbaycanla bağlanan sülhdən asılıdır. Bu həm Ermənistana, həm də Kostanyana bir xatırlatmadır. Türkiyənin ortaya qoyduğu mövqe həm də prosesin qarşılıqlı məlumatlandırma çərçivəsində inkişaf etdiyinin təsdiqidir. Türkiyə hər zaman bildirib ki, Ermənistan təxribatlara son qoyacağı, irəli sürülən şərtlərə əməl edəcəyi təqdirdə sərhədləri açmaqda maraqlıdır.  Yeri gəlmişkən, bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasındakı çıxışında regionda gedən proseslərə diqqət çəkərək Ankaranın Azərbaycan-Ermənistan arasında sülh prosesinin bağlanması üçün Bakı ilə koordinasiyalı işi davam etdirəcəyini vurğulamışdı. Dövlət başçısı qeyd etmişdi ki, Türkiyə Azərbaycan və Ermənistanın bu istiqamətdə səmimi səylərini görür və Ankara prosesi izləməyə davam edəcək: “İndi davamlı sülh üçün unikal imkan var. Ümid edirik ki, kənar qüvvələr prosesi sabotaj edə bilməyəcək və tezliklə xoş xəbərlər eşidəcəyik. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”.

Ermənistan Konstitusiyasında həm də Türkiyəyə qarşı iddialar yer alır...

Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın sülhlə bağlı Ermənistanın qarşısına qoyduğu şərtlər həm də Türkiyənin maraqlarının müdafiəsinə istiqamətlənib. Rəsmi Bakının İrəvandan Ermənistan Konstitusiyasındakı bəzi maddələrin dəyişdirilməsi və ya çıxarılması ilə bağlı tələbinə diqqət yetirsək, həmin müddəalarda İrəvanın Ankaraya qarşı da qonda?ma iddialarının yer aldığını görə bilərik. Bəlli olduğu kimi, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına idldia ortaya qoyur. Türkiyə ilə münasibətlərin tənzimlənməsinə olan maneəyə gəldikdə isə, sənəddə 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır.

Yəni Ermənistan Konstitusiyasındakı bu kimi maddələr bölgədə normal əməkdaşlıq mühitinin yaranmasına mane olan əsas səbəblərdəndir. Bu baxımdan da, ölkəmizin sülh şərtləri birmənalı şəkildə bölgənin maraqlarının təmini, bölgənin təhlükəsizlik arxitekturasının güclənməsi, səmimi əməkdaşlıq mühitinin yaradılması baxımından əsaslıdır. Ermənistan unutmamalıdır ki, məhz Türkiyə - Azərbaycan birliyi bölgənin gələcək inkişafının aparıcı lokomotividir. “Şuşa Bəyannaməsi” ilə rəsmi müttəfiqlik əlaqələrinə malik iki qardaş ölkə bölgədə təhdidlərin aradan qalxması, yeni inkişaf səviyyəsinin yaranması üçün birgə səy göstərir.

P.SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri