KƏPƏZ BOKT istiqrazları üçün “Ticarətə İcazə” qərarı verildi ABUNƏ YAZILIŞI BAŞLAYIR
Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 10.12.2025-ci il tarixində başlayıb, 10 təqvim günü davam edəcəkdir.
İstiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 100 manat, illik gəlirlilik dərəcəsi 15 faiz, ödəmə periodu ayda bir dəfədir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "KƏPƏZ BOKT" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2012020809
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 1 000 000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.
Tədavül müddəti: 24 ay
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “Troni İnvestisiya Şirkəti” QSC
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 08 Dekabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















